08:30 15.06.2021 142

Əlihüseyn Mayılov: Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir

Ağsu Mənzil Kommunal Təsərrüfatı Birliyinə sədr təyin edilən Əlihüseyn Mayılov - Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri - əhalinin həyat səviyyəsi, iqtisadiyyatın rəqabət qabiliyyəti, ölkənin ümumi daxili məhsulu, ümumi milli məhsulu, adambaşına insan kapitalı və iqtisadi azadlıq indeksidir. Bu göstəricilər daim artmaqdadır. Neft-qaz sektorundan əldə olunan iri kapital axını digər fəaliyyət növlərinə tədbiq olunmaqdadır. Müntəzəm olaraq davam edən iqtisadi artım, iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi insan kapitalı və onun yaratdığı yeniliklərin təzahürüdür. İnsan kapitalı deyərkən, insanların təhsil, səhiyyə, elm, əmək şəraiti və həyat səviyyəsinin yüksəldilməsinə çəkilən xərclər nəzərdə tutulur və daim artım istiqamətindədir.

44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə dövlətimizn iqtisadi qüdrətini də dünyaya nümayış etdirdi. Dövlətimizin 90-cı illərin əvvəllərində torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı milyardlarla dollar dəyərində maddi ziyan görməsinə baxmayaraq, iqtisadi gücümüzün hesabına azad olunan torpaqlarımız tez bir zamanda müasir tələblərə malik şəkildə bərpa olunacaq və vətəndaşlarımız öz ata-baba torpaqlarında yenidən yaşayıb yaradacaqlar.

Vətən müharibəsinin şanlı qələbəsi bizə yeni iqtisadi imkanlar da yaratmış oldu. Zəngəzur dəhlizi 10 Noyab razılaşmasının əsas müddəalarından biridir. Və Azərbaycan üçün vacib məsələdir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir. Zəngəzur Dəhlizi Azərbaycanı Naxçıvana birbaşa birləşdirəcək və Türkiyə vasitəsilə qərb ölkələri ilə nəqliyyat əlaqələrinin kəsintisiz həyata keçirilməsinə şərait yaradacaqdır.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:10

Bakıda şok hadisə: özünü partlatdı, polislər yaralandı

15:57

Azərbaycan Prezidenti Pakistan Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB

15:34

Bakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək - VİDEO

15:23

Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi - "Ermənistanın bu ssenarisi mümkünsüzdür"

15:17

DİN-də yeni TƏYİNAT

15:02

Almanyada güclü partlayış: "küçəyə çıxmayın" xəbərdalığı - VİDEO

14:53

Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı

14:52

Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı

14:29

Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu

14:28

Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu

13:29

İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib - FOTO

10:00

Polis niyə toyları yoxlamağa başladı? – RƏSMİ AÇIQLAMA

13:39

Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından iki il ötür

11:26

Nazir şəhid oğluna Şuşada vəzifə verdi

11:21

Şadlıq sarayının sahibi 4 min manat cərimələndi - VİDEO

10:55

Bərdədə gənc qızı zəncirləməkdə şübhəli bilinən şəxs saxlanıldı

10:49

“Zerkalni” nömrə sevənlərin NƏZƏRİNƏ: Bakıya yeni avtomobil seriyası verildi - FOTO

10:41

ÜST-dən “Delta” ştammı ilə bağlı XƏBƏRDARLIQ

10:34

Tokio-2020-nin ilk qızıl medalçısı bəlli oldu - FOTO

10:28

Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA

10:23

Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı məlumat yaydı

16:00

Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq

15:17

Məhkəmədə erməni Azərbaycan Prezidentinə təşəkkür etdi

14:05

Ermənistanın belə bir layihəni gerçəkləşdirəcək qabiliyyəti və gücü yoxdur

13:57

Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı

13:51

Prezident “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri təsdiqlədi

13:46

İlham Əliyev sərəncam imzaladı

13:40

İlham Əliyev dörd qanunu təsdiqlədi

13:30

İlham Əliyevin Bakıdan Qarabağla bağlı dünyaya verdiyi mesajlar - TƏHLİL

11:59

Şuşaya dəmir yolu xətti çəkiləcək

11:38

İlham Əliyev Çin liderinə başsağlığı verib

11:33

Azərbaycanda polis tanışını öldürdü - RƏSMİ

11:28

Lənkəranda “patı” əməliyyatı, biri qadın olmaqla 16 nəfər saxlanıldı - FOTO

11:21

DİN: “Küçədə qoyulan körpə deyil, gəlincikdir” - VİDEO