07:30 15.06.2021 123

Namiq Mürsəlov: Hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır

Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Namiq Mürsəlov - Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. Azərbaycanın 30 ilə yaxın müddəti əhatə edən müstəqillik tarixinə nəzər saldıqda görürük ki, respublikamız heç də bugünkü yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müxtəlif situasiyalarla üzləşən ölkəmizin müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafı, hər şeydən əvvəl, məhz lider amili ilə bağlı olub. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Ümumiyyətlə, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ikinci ilinə təsadüf edən Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Heç şübhəsiz, XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin ötən 28 ildə əsrə bərabər inkişaf yolu keçməsi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri ciddi əsaslara malikdir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi, təhsil və digər sahələrdə uğurla inkişaf edir. Şübhəsiz ki, çoxşaxəli ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi yolunda onların qətiyyətli siyasəti, qardaş ölkənin, Türkiyənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır.

Qələbəni qeyd etdiyimiz günlərdə paytaxtımızda və ölkənin bütün bölgələrində bayraqlarımız ölkələrimizin varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdırdı. Sözsüz ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Artıq bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib. 2018-ci ildə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “2019-2023 illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:10

Bakıda şok hadisə: özünü partlatdı, polislər yaralandı

15:57

Azərbaycan Prezidenti Pakistan Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB

15:34

Bakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək - VİDEO

15:23

Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi - "Ermənistanın bu ssenarisi mümkünsüzdür"

15:17

DİN-də yeni TƏYİNAT

15:02

Almanyada güclü partlayış: "küçəyə çıxmayın" xəbərdalığı - VİDEO

14:53

Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı

14:52

Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı

14:29

Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu

14:28

Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu

13:29

İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib - FOTO

10:00

Polis niyə toyları yoxlamağa başladı? – RƏSMİ AÇIQLAMA

13:39

Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından iki il ötür

11:26

Nazir şəhid oğluna Şuşada vəzifə verdi

11:21

Şadlıq sarayının sahibi 4 min manat cərimələndi - VİDEO

10:55

Bərdədə gənc qızı zəncirləməkdə şübhəli bilinən şəxs saxlanıldı

10:49

“Zerkalni” nömrə sevənlərin NƏZƏRİNƏ: Bakıya yeni avtomobil seriyası verildi - FOTO

10:41

ÜST-dən “Delta” ştammı ilə bağlı XƏBƏRDARLIQ

10:34

Tokio-2020-nin ilk qızıl medalçısı bəlli oldu - FOTO

10:28

Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA

10:23

Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı məlumat yaydı

16:00

Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq

15:17

Məhkəmədə erməni Azərbaycan Prezidentinə təşəkkür etdi

14:05

Ermənistanın belə bir layihəni gerçəkləşdirəcək qabiliyyəti və gücü yoxdur

13:57

Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı

13:51

Prezident “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri təsdiqlədi

13:46

İlham Əliyev sərəncam imzaladı

13:40

İlham Əliyev dörd qanunu təsdiqlədi

13:30

İlham Əliyevin Bakıdan Qarabağla bağlı dünyaya verdiyi mesajlar - TƏHLİL

11:59

Şuşaya dəmir yolu xətti çəkiləcək

11:38

İlham Əliyev Çin liderinə başsağlığı verib

11:33

Azərbaycanda polis tanışını öldürdü - RƏSMİ

11:28

Lənkəranda “patı” əməliyyatı, biri qadın olmaqla 16 nəfər saxlanıldı - FOTO

11:21

DİN: “Küçədə qoyulan körpə deyil, gəlincikdir” - VİDEO