15:33 9.06.2021 94

Tikinti materialları nəyə görə bahalaşıb? - RƏSMİ AÇIQLAMA

Son günlər tikinti materailları bazarında qiymət artımı əsas müzakirə mövzularından birinə çevrilib. Bir sıra tikinti materiallarının qiymətində 2 dəfəyə yaxın, bəzilərində isə 2 dəfədən çox artım müşahidə olunur. Bu isə inşaat sektorunda xərcləri artıraraq növbəti aylarda mənzil bazarında qiymətlərin artacağından xəbər verir.
Bəzi ekspertlər bahalaşmanı mövsümi amillərlə əlaqələndirib. Bəziləri isə qiymətlərdəki kəskin artımın təkcə mövsümlə bağlı olmadığını, monopoliya və süni qiymət artımının da rol oynadığını hesab edirlər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Ölkə.az”ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən əsassız qiymət artımı hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə mütəmadi olaraq bir sıra malların, o cümlədən tikinti materiallarının qiymətlərinin monitorinqi aparılır:

“Son dövrdə Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlərin nəticələri təhlil edildikdən sonra tikinti materiallarında qiymət artımının dünya bazarında müşahidə olunan əmtəə dəyərinin yüksəlməsi nəticəsində baş verdiyi müəyyən olunub”.

Qurum əlavə edib ki, tikinti materiallarının qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün, bazar iqtisadiyyatı şəraitində rəqabət mühitində tələb-təklif əsasında formalaşır. Qeyd olunub ki, qiymətlərin səviyyəsi dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri altında dəyişə bilər:

“Bazarda əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması istiqamətində Dövlət Xidməti tədbirlərini davam etdirilir. Məqsəd bazarda sağlam rəqabət mühitinin yaradılmasının və qorunmasının təmin edilməsidir”.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:51

YAP Ağsu rayon təşkilatında 15 iyun Qurtuluş günü qeyd olundu

16:15

İlham Əliyevlə Ərdoğanın tarixi görüşü başladı - Canlı yayım

14:57

Ərdoğanın Şuşada qarşılanma mərasimi - Video

13:01

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzulidə qarşılayıb

10:45

Azərbaycanda nazir müavini işdən çıxarıldı - SƏRƏNCAM

10:36

Ərdoğanın səfər proqramı açıqlandı

10:30

Əli Hüseynov: 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir

10:28

Avro-2020-nin qalibi nə qədər qazanacaq?

10:22

Prezident Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

09:59

Ərdoğan Baydeni Türkiyəyə səfərə dəvət edib

09:50

Ərdoğanla görüşdən sonra Baydendən AÇIQLAMA

09:46

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

09:41

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

08:30

Əlihüseyn Mayılov: Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir

07:30

Namiq Mürsəlov: Hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır

16:00

Hindistanda torpaq maşını uddu - VİDEO

15:34

Sabah hava necə olacaq?

15:02

İlham Əliyev Zəfər yolunun tikintisi ilə tanış olub

14:33

İlham Əliyev və Mehriban Əliyeva Aşağı Köndələnçay su anbarında olublar

14:28

Prezident və xanımı Füzulidə

13:51

Prezident şəhid jurnalistlərlə bağlı sərəncam imzaladı

13:26

Vətən müharibəsində şəhid olmuş hərbçilərin yeni siyahısı

13:21

İtkin düşmüş hərbçilərin SİYAHISI

13:16

Ərdoğanın Şuşaya səfərinin mesajları: "Dünya gücləri Türkiyənin rolu ilə hesablaşır" - ŞƏRH

13:11

Ərdoğanın Bakıya səfəri iqtisadi əlaqələrimizə nə vəd edir? - ŞƏRH

13:06

Ərdoğan-Makron görüşü başladı

12:30

Qubada iki uşağı elektrik cərəyanı vurub, ölən var

11:42

Ombudsmandan Paşinyanla bağlı beynəlxalq təşkilatlara müraciət

11:30

Hulusi Akardan Liviya ilə bağlı vacib AÇIQLAMA

11:25

Azərbaycanda dəhşətli qəzanı iş adamının kürəkəni törədib? - YENİLƏNİB + FOTO/VİDEO

11:19

Sabah qeyri-iş günüdür, avtobuslar işləyəcək? - AÇIQLAMA

10:46

Azərbaycan-Rusiya sərhədi ilə bağlı AÇIQLAMA

10:41

Həbsdən çıxıb qardaşını baltaladı – Bakıdakı qətlin təfərrüatı

10:36

Şuşada Ərdoğanın gəlişinə görə hazırlıqlar gedir - FOTOLAR