16:00 4.05.2021 116

Anasının qəbrinin yanında bacısının boğazını kəsdi - Dəhşətli qətlin təfərrüatı

Abşeron rayonunda bacısını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Babək Fərzəliyevin cinayət işi.
Hadisə Abşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən qəbirstanlıqda baş verib.

1996-cı il təvəllüdlü Babək Fərzəliyev 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzəliyevanı öldürüb.

İlkin istintaqla məlum olub ki, Babək Fərzəliyev Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində anası və bacısının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirib, daha sonra boğazını kəsib.

B. Fərzəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İş üzrə dindirilən Babək Fərzəliyev ifadəsində bildirib ki, atası ilə birlikdə yaşayıb və məktəbdə idman müəllimi işləyib. 2014-cü ilin avqust ayında kiçik bacısı Aytən ona məlum olmayan səbəbdən evdən çıxıb gedib və təxminən 10 gündən sonra qayıdıb. Avqustun 12-də anası və digər bacısı Yasamal rayonunda yaşadıqları evin 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.

Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Anası ilə bacısının ölümündə təqsirli bilinən atası məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə keçirilən zaman Babək hərbi xidmətdə olub. İfadə vermək üçün ora gətiriləndə bacısı Aytəni görməyib. İbtidai istintaqda və məhkəmədə ifadə verən Aytən hadisənin baş verməsində atasını günahlandırıb.

Hərbi xidmətdən qayıdanda atası artıq cəzaçəkmə müəssəsində olub. Aytən isə həmin vaxt uşaq evindən təzə çıxıb. Babək bacısına birlikdə yaşamağı təklif edib qayğısına qalacağını desə də, Aytən öz həyatı olduğunu və ona heç kimin qarışa bilməyəcəyini söyləyib.

Babək Fərzəliyev ifadəsinin davamında bildirib ki, təxminən 1 il sonra Aytən ona “watsapp”da yazıb görüşmək istədiyini deyib. Onlar görüşüb söhbət etdikdən sonra Aytənə 50 manat pul verib.

Hər dəfə bacısı ilə görüşən zaman ona birlikdə yaşamağı təklif etsədə Aytən ona tək yaşamaq istədiyini deyib.

Bacısı ilə sonuncu dəfə metronun “20 yanvar” stansiyasının yanında görüşüblər. Babək ora gedən zaman özü ilə bıçaq götürüb. Bıçaqı özü ilə götürməkdə məqsədi bacısı gecə həyatından imtina etməsə onu öldürmək olub.

Aytəni öz istəyi ilə anası və bacısının qəbrini ziyarət etmək üçün Ceyranbatan qəbristanlığına aparıb:

“Taksi ilə gəldik qəbristanlığa. Bizdən başqa heç kim yox idi. Aytən başladı ağlamağa. Sonra başladı mənə “sən yaxşı qardaş olmamısan” nə bilim elə-belə sözlər deməyə. Məndə bıçağı belimdə açdım onun üzü qəbirə tərəf idi böyründən bir dəfə vurdum. Çökdü açağı sonra iki dənə sinəsindən vurdum. Ayağa qalxmaq istəyən kimi bıçaqı çəkdim boğazına”.

Babək daha sonra bildirib ki, bacısının öldüyünə əmin olduqdan sonra bıçağı özü ilə gətirdiyi salafan torbaya bükərək göbəkcəsinin cibinə qoyub.

Yaşadığı evə yollanıb paltarlarını dəyişdikdən sonra polis şöbəsinə gedərək hadisə barədə məlumat verib.

Məhkəmə prosesində Babək Fərzəliyev ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin əməli CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə Babək Fərzəliyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:02

Sabah hava necə olacaq?

15:32

Putindən İsraillə Fələstinə çağırış

13:34

"8 Noyabr" stansiyasında Xudayarın ifası səslənəcək? - RƏSMİ AÇIQLAMA/VİDEO

13:24

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir - SİYAHI

13:18

Azərbaycan Ordusunun anti-terror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

13:13

Ali Məhkəməyə yeni hakimlər təyin olunur - SİYAHI

13:00

Gürcüstanda yoluxanların sayı yenidən artır

11:08

Ermənistanın keçmiş naziri aeroportda saxlanıldı

11:03

DİN itkin düşən tələbənin tapıldığını açıqladı - Yenilənib

10:52

Suriyada ABŞ ordusunu daşa basdılar - VİDEO

10:47

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

10:42

Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun məhkəmədən görüntüsü yayıldı - FOTO/VİDEO

10:36

Zəfər yolunun inşası zamanı 40-dan çox arxeoloji abidə aşkarlanıb

09:50

Həkim: Açıq havada maska taxılmasına qarşıyıq - Video

09:42

"Brent" neftinin qiyməti 70 dollara çatır

09:38

Avropa ölkəsi Rusiya neftindən imtina edib

09:33

Azərbaycan Ordusunun PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO

09:27

Bu gündən Azərbaycanda "Sputnik V” vaksininin tətbiqinə başlanılır

09:22

Hacıqabulda ailə üzvləri yol qəzasına düşüb, ölən və yaralananlar var

09:17

ABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidentinə zəng edib

09:09

Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib

16:00

Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

15:34

Bakıda velosiped yolunun uzunluğu 250 kilometrə çatdırılacaq

15:01

Bu il ərzində yol hərəkət qaydalarını pozan 5 mindən çox piyada cərimələnib

13:51

Bakının 13 küçəsində avtomobillərin hərəkəti qadağan ediləcək - AÇIQLAMA

13:44

Dmanisidə vəziyyət gərginləşdi - Video

13:38

“Kapital Bank”ın filial müdiri intihar etdi

12:01

AzTV-dəki yoxlamalarla bağlı rəsmi açıqlama

11:43

Prezident Nic qəsəbəsində məktəb tikintisinə 1,5 milyon manat ayırdı

11:37

Prezident Qəbələdə yol tikintisinə 5 milyon manat ayırdı - SƏRƏNCAM

11:33

Prezident: Sərhəddə hər hansı bir toqquşma baş verməyib

11:27

İlham Əliyev Qazaxıstan Prezidentinə telefonla zəng edib

10:39

Bakı-Sumqayıt qatarlarının sayı azaldılıb, sıxlıq yaranıb

10:21

MN: Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur