15:04 3.05.2021 123

Politoloq: “Azərbaycan bu məsələni Lavrovun qarşısında şərt kimi qoymalıdır”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 10-11-də Bakıya işgüzar səfəri gözlənilir. Bundan əvvəl isə Lavrov Ermənistanda olacaq. Qarabağda sülhməramlısı yerləşən bir ölkənin xarici siyasət məsələlərinə məsul nazir təbii ki, hər iki ölkədə Qarabağ ərtafında müəyyən müzakirələr aparacaq. Bu sırada 10 noyabr üçtərəfli razılaşması, 11 yanvar Moskva görüşündə əldə edilən nəticələr, kommunikasiyaların açılması və s. kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir”.

Bunu “Ölkə.Az”a açıqlamasında politoloq Rafail Becanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın marağında olan bir neçə məsələ var ki, bu, xüsusilə Lavrovla müzakirə edilməlidir.

“Birincisi, parad məsələsidir. Rusiya sülhməramlıları niyə Xankəndidə parad keçirir, hansı status və ya haqla?

İkinci məsələ isə Rusiyanın Ermənistana təzyiq etməsi və minalanmış xəritələrin Azərbaycana verilməsi olmalıdır. Azərbaycan tərəfi bu məsələni Lavrovun qarşısında şərt kimi qoymalıdır. Ermənistan sabitlik istəyirsə, Rusiya da bu məsələdə maraqlıdırsa, xəritələri alıb Azərbaycan tərəfinə təqdim etməsi üçün Paşinyan hökumətinə təzyiq etməlidir”, - politoloq qeyd edib.

O əlavə edib ki, hazırda Ermənistanı buna məcbur etmək üçün daha münasib zamandır:

“Ermənistanda seçkiyə hazırlaşırlar. Təzyiq və tələb olarsa, Paşinyan hökuməti Rusiyanı incik salmamaq üçün xəritələri təqdim edə bilər. Revanşistlər də bu məsələdə çox dərinə getməyəcəklər. Çünki hər iki tərəfə, həm Paşinyana, həm də revanşistlərə Rusiyanı incik salmamaq və onun dəstəyini qazanmaq hava-su qədər vacibdir. Seçkidən sonra isə qələbə qazanan kim olur-olsun, Paşinyan və ya revanşistlər bu xəritələri verməkdən imtina edəcəklər. Hazırda isə Azərbaycanın tələbi, Rusiyanın təzyiqi ilə bunu daha rahat təqdim edə bilərlər.
Bu baxımdan Lavrovun səfəri bizim üçün nəticəli bitməlidir”.
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:02

Sabah hava necə olacaq?

15:32

Putindən İsraillə Fələstinə çağırış

13:34

"8 Noyabr" stansiyasında Xudayarın ifası səslənəcək? - RƏSMİ AÇIQLAMA/VİDEO

13:24

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir - SİYAHI

13:18

Azərbaycan Ordusunun anti-terror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

13:13

Ali Məhkəməyə yeni hakimlər təyin olunur - SİYAHI

13:00

Gürcüstanda yoluxanların sayı yenidən artır

11:08

Ermənistanın keçmiş naziri aeroportda saxlanıldı

11:03

DİN itkin düşən tələbənin tapıldığını açıqladı - Yenilənib

10:52

Suriyada ABŞ ordusunu daşa basdılar - VİDEO

10:47

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

10:42

Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun məhkəmədən görüntüsü yayıldı - FOTO/VİDEO

10:36

Zəfər yolunun inşası zamanı 40-dan çox arxeoloji abidə aşkarlanıb

09:50

Həkim: Açıq havada maska taxılmasına qarşıyıq - Video

09:42

"Brent" neftinin qiyməti 70 dollara çatır

09:38

Avropa ölkəsi Rusiya neftindən imtina edib

09:33

Azərbaycan Ordusunun PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO

09:27

Bu gündən Azərbaycanda "Sputnik V” vaksininin tətbiqinə başlanılır

09:22

Hacıqabulda ailə üzvləri yol qəzasına düşüb, ölən və yaralananlar var

09:17

ABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidentinə zəng edib

09:09

Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib

16:00

Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

15:34

Bakıda velosiped yolunun uzunluğu 250 kilometrə çatdırılacaq

15:01

Bu il ərzində yol hərəkət qaydalarını pozan 5 mindən çox piyada cərimələnib

13:51

Bakının 13 küçəsində avtomobillərin hərəkəti qadağan ediləcək - AÇIQLAMA

13:44

Dmanisidə vəziyyət gərginləşdi - Video

13:38

“Kapital Bank”ın filial müdiri intihar etdi

12:01

AzTV-dəki yoxlamalarla bağlı rəsmi açıqlama

11:43

Prezident Nic qəsəbəsində məktəb tikintisinə 1,5 milyon manat ayırdı

11:37

Prezident Qəbələdə yol tikintisinə 5 milyon manat ayırdı - SƏRƏNCAM

11:33

Prezident: Sərhəddə hər hansı bir toqquşma baş verməyib

11:27

İlham Əliyev Qazaxıstan Prezidentinə telefonla zəng edib

10:39

Bakı-Sumqayıt qatarlarının sayı azaldılıb, sıxlıq yaranıb

10:21

MN: Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur