10:02 7.12.2019 156

Gəncə Dövlət Universiteti mediaya müraciət etdi

İnternet hazırda ən sürətli yayım vasitəsidir. İnternet üzərindən əlaqə qurulması, xüsusilə sosial şəbəkələr vasitəsilə məlumatlandırma və interaktivlik imkanı olduqca güclü və sürətlidir.

Buna görə də toplumun həyatının vacib və ayrılmaz elementinə çevrilmiş sosial şəbəkələrdə davranışın hüquqi tənzimlənməsi aktuallıq qazanıb. Günümüzdə ən çox müzakirə edilən mövzulardan biri sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanın yaratdığı məsuliyyətlə bağlıdır. Ümumiyyətlə, sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan hüquqi məsuliyyət yaradır.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk həmişə azad medianın dəstəkçisi olub, amma hər quruluşda olduğu kimi, onun da müxtəlif zamanlarda azad media ilə başı dərddə olub. Türkiyə Cümhuriyyətinin ilk illərində bir jurnalist Atatürkü çox tənqid edir. Hətta təhqirə varacaq dərəcədə. Bir neçə dəfə bu dalbadal təkrar olunur. Durum dəyişir, Atatürkün ətrafı Paşanın bundan narahat olduğunu hiss edirlər. Dərhal “yıxım ekibi” hərəkətə keçir. Mustafa Kamal Paşa öyrənir ki, jurnalistə qarşı ciddi tədbirlər hazırlanır. Dərhal, bu işlərlə məşğul olan “Kılıç Əli”ni yanına çağırır və qətiyyən jurnalistə qarşı güc tətbiq etməməyi tapşırır.“Kılıç Əli” deyir: “Rahatsız olmayın, Paşam, məsələ bu dəfə tamam başqa cür həllini tapacaq”. Aradan bir neçə müddət keçir. Atatürk ölkə qurur, Cümhuriyyət yaradır və bu hadisə bir müddət unudulur. Bir müddətdən sonra Mustafa Kamal Paşa “Kılıç Əli”ni yanına çağırır və ömrünü-gününü zəhər edən jurnalist haqqında soruşur. “Paşam, əvvəlcə jurnalistlə dost oldum, sonra bu dostluqdan istifadə edərək onun bütün problemlərini həll etdim, nəhayət, adamı sərvət sahibi etdim. İndi artıq o, itirəcəyi çox şeylərinin olduğunu bilir və öz işləri ilə məşğuldur…” deyir “Kılıç Əli”.

Bəli, eynən bunu kimi özünü jurnalist adlandıran,amma bu peşədən tam uzaq olan “DOĞRU YOL CAVİD” adlı birisi jurnalistlikdən yavaş-yavaş oliqarxlaşmağa doğru yol alıb.Başına da özü kimi əqidə sahiblərini yığıb, Bakıda, “20 Yanvar”da “Sürücü kafesi”ndə yığışıb,müxtəlif strukturlara və vəzifəli şəxslərə böhtan atmaqla məşğuldur, onu-bunu hədələməklə pul qazanmaq istəyir. Belələri pul qazanmağa başları qarışarkən, jurnalist peşəsinin bütün prinsipləri də sıradan çıxır. Bu özünü jurnalist adlandıran şəxs bir neçə sayt işlədir. Saytının yuxarı hissəsində “haqqımızda” sözünü “haqımızda” kimi yazıb,saytlarının heç birinin emaili belə yoxdur.Hər iki saytda əlaqə yerində yalnız sonuncu rəqəmləri bir-birindən fərqlənən telefon nömrəsi qoyub.Saytın ünvanı, redaktoru, hətta təsisçisinin adı belə yoxdur.
Bir neçə gün bundan qabaq bu adam Gəncə Dövlət Universiteti ilə bağlı öz saytında təsəvvur edilməz dərəcədə böhtanlar uydurub.Ali məktəblərdə qış imtahan sessiyası yanvarda başlayacaq,amma bu indidən proqnoz verir.

Onun cızmaqarasindan sitat:”….. Dünən isə növbədənkənar Elmi Şura çağıran rektor dekanlara ciddi şəkildə tapşırıb ki, rüşvət qəti ola bilməz və imtahanların sualları cavabıyla bir yerdə tələbələrə paylanmalıdır”. Ardınca isə iddia edir ki,rektor bunu yalandan deyir,onsuz rüşvət alır.
Bu “məntiq dağarçığı” anlamır ki,əgər test suallarının doğru cavabı tələbələrə paylanıbsa,tələbə bu 300-500 sualın cavabını əzbərləyib imtahandan qiymət alacaq,daha niyə rüşvət verməlidir ki???

Bu və diğər yazılan böhtanlarla bağlı bu böhtançının saytda göstərdiyi nömrəsinə zəng etdim.Əvvəl telefonu açmadı,bir neçə dəqiqədən sonra özü zəng etdi. Gəncə Dövlət Universiteti ilə bağlı zəng etdiyimi deyən kimi özünün olmayan şəxsiyyətinə yaraşan çox kobud söyüşləri universitet rəhbərliyinin ünvanına yağdırdı.Deyir ki,səni tanıyıram,sən obyektiv adamsan,amma onları……… Ara vermədən çox pis söyüşlər söyərək,cavabımı belə gözləmədən telefonu söndürdü. Daha bu söyüş dağarçığı bilmədi ki,onun 050 247 …. 11 nömrəli telefonu ilə dediyi söyüşlər yazılıb.İndi bu səs yazısını aidiyyəti orqanlara,o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərəcəm.Qoy bu məsələlər araşdırılsın.

Yayılan məlumatları böhtan, yalan və uydurma hesab edən Gəncə Dövlət Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov xahiş edir ki, fakta söykənməyən, jurnalist etikasına əməl etmədən qərəzli və tərəfli hazırlanan yazıları dəqiqləşdirmədən öz səhifələrinizdə, ekranlarınızda, qəzetlərinizdə tirajlamayın:

“Azərbaycan qanunvericiliyinə görə qurumun nüfuzuna zərər vurmaq hüquqi məsuliyyət yaradır. Sizi hüquqa hörmət etməyə, başqalarına zərər vurmamağa, obyektiv və peşəkar olmağa və qalmağa çağırırıq”

P.S. Mənim dostluğumda qələmlərinə və özlərinə böyük hormət bəslədiyim jurnalist dostlarım var.Onlar jurnalist kimi şərəfli peşəyə ləkə gətirən bu “söyüş dagarçığını” yəqin ki,tanıyıb bu sözləri ona çatdıracaq.

Elçin Cavadov
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:10

Bakıda şok hadisə: özünü partlatdı, polislər yaralandı

15:57

Azərbaycan Prezidenti Pakistan Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB

15:34

Bakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək - VİDEO

15:23

Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi - "Ermənistanın bu ssenarisi mümkünsüzdür"

15:17

DİN-də yeni TƏYİNAT

15:02

Almanyada güclü partlayış: "küçəyə çıxmayın" xəbərdalığı - VİDEO

14:53

Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı

14:52

Müharibə iştirakçılarından rüşvət alan vəzifəlilər saxlanıldı

14:29

Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu

14:28

Oqtay Şirəliyev yeni vəzifəyə təyin olundu

13:29

İlham Əliyev ABŞ-ın Oklahoma ştatının qubernatorunu qəbul edib - FOTO

10:00

Polis niyə toyları yoxlamağa başladı? – RƏSMİ AÇIQLAMA

13:39

Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından iki il ötür

11:26

Nazir şəhid oğluna Şuşada vəzifə verdi

11:21

Şadlıq sarayının sahibi 4 min manat cərimələndi - VİDEO

10:55

Bərdədə gənc qızı zəncirləməkdə şübhəli bilinən şəxs saxlanıldı

10:49

“Zerkalni” nömrə sevənlərin NƏZƏRİNƏ: Bakıya yeni avtomobil seriyası verildi - FOTO

10:41

ÜST-dən “Delta” ştammı ilə bağlı XƏBƏRDARLIQ

10:34

Tokio-2020-nin ilk qızıl medalçısı bəlli oldu - FOTO

10:28

Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA

10:23

Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı məlumat yaydı

16:00

Bəzi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq

15:17

Məhkəmədə erməni Azərbaycan Prezidentinə təşəkkür etdi

14:05

Ermənistanın belə bir layihəni gerçəkləşdirəcək qabiliyyəti və gücü yoxdur

13:57

Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı

13:51

Prezident “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri təsdiqlədi

13:46

İlham Əliyev sərəncam imzaladı

13:40

İlham Əliyev dörd qanunu təsdiqlədi

13:30

İlham Əliyevin Bakıdan Qarabağla bağlı dünyaya verdiyi mesajlar - TƏHLİL

11:59

Şuşaya dəmir yolu xətti çəkiləcək

11:38

İlham Əliyev Çin liderinə başsağlığı verib

11:33

Azərbaycanda polis tanışını öldürdü - RƏSMİ

11:28

Lənkəranda “patı” əməliyyatı, biri qadın olmaqla 16 nəfər saxlanıldı - FOTO

11:21

DİN: “Küçədə qoyulan körpə deyil, gəlincikdir” - VİDEO