Goranboyda saxta diplomlu müəllimlər problemə çevrilib

okt-29
19:21 2013
Goranboyda saxta diplomlu müəllimlər problemə çevrilib

Goranboy rayonu Təhsil Şöbəsinin müdiri İlham Hüseynov saxta diplomlu müəllimləri 3000 manata işə götürür

Goranboy rayonunun Safikürd kəndinin sakini redaksiyamıza ünvanladığı müraciətdə Goranboy rayonu Təhsil Şöbəsinin müdiri İlham Hüseynova qarşı sərt ittihamlar səsləndirilib.

PİA.AZ -a daxil olan məlumatda bildirilir ki, İlham Hüseynov heç bir pedoqoji təcrübəsi olmayan saxta diplomlu şəxsləri rüşvət müqabilində işə götürərək təcrübəli müəllimlərin dərs saatını kəsərək onlara verir.

Misal üçün bildirilir ki, Goranboy rayonu Safikürd kənd orta məktəbində 38 sinif var, 150 - dən artıq müəllim işləyir ki, bunun da 40 nəfəri ibtidai siniflərə dərs deyir. Məktəbdə sıxlıq biabırçı hal alıb, elə müəllim var ki, 2 saat dərs ücün gəlib-gedir. Siniflər şagird sayına görə müəyyən olunduğuna görə, 6-7 sinif bağlanmalı və iş təcrübəsi çox olan savadlı müəllimlər qalmalıdır. Boş qalan müəllimlər isə başqa yerlərə göndərilməlidir.

İbtidai siniflərdə bu qədər sıxlıq olduğu halda, keçən il İlham Hüseynov 3 nəfər yeni ibtidai sinif müəllimi işə qəbul edib. Həmin müəllimlər “evdə oturub diplom alan” şəxslərdir, yəni bu insanların hansı yollarla ali təhsil sənədi aldıqları məlum deyil. Onların diplomunun saxta olmasını isə İlham Hüsenov şəxsən bilir. Buna baxmayaraq Goranboy təhsil şöbəsinin müdiri həmin müəllimlərin hər birindən 3000 manat rüşvət alaraq işə qəbul edib, bununla da məktəbdəki ibtidai sinif müəllimlərinin sıxlığını əlavə olaraq artırıb.

Məlumatda o da qeyd olunur ki, saxta diplomlu müəllimləri işə götürülmədə direktorların heç bir günahı yoxdur, hər il bir direktor dəyişir. Hal-hazırda Safikürd kənd orta məktəbinin direktoru olan Müşkünaz Məmmədova da təhsil şöbəsini dedikləri ilə “oturub-durur”.

Bildirilir ki, 4 il öncə orta məktəbdə müəllimlərin attestasiyası oldu. Bu attestasiyadan bir çox müəllim keçə bilmədi. Amma hansısa yollarla imtahanın nəticələri ləğv olundu və yenə də işlərində qaldılar.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…




//Pia.Az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər