15 yaşlı məktəbli dəhşətli qəzanın qurbanı oldu

may-31
18:54 2015
15 yaşlı məktəbli dəhşətli qəzanın qurbanı oldu
























Faktla bağlı araşdırma aparılır

Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 219-cu kilometrliyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberci.info Report-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Ucar rayon Təzə Şilyan kənd sakini İsrailov Mahir Yolçu oğlu yolu keçərkən Bakı istiqamətində hərəkətdə olan, 1994-cü il təvəllüdlü Muradov Sahil Fəxlədər oğlunun idarə etdiyi “57 BA 154” dövlət nömrə nişanlı yük maşını ilə vurulub.

15 yaşlı məktəbli aldığı açıq kəllə-beyin travması nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər