31 mart-Azərbaycanlıların soyqırımı günü “Ana harayı”-“Soyqırımı” abidəsini kütləvi ziyarətlə qeyd olundu

apr-01
07:04 2017
İki mindən çox İsmayıllı sakini, çoxsaylı məktəblilər 31 mart-Azərbaycanlıların soyqırımı gününü qeyd etmək üçün “Ana harayı”-“Soyqırımı” abidəsini ziyarətə gəlmişdilər.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi abidənin önünə gül dəstələri qoydu.
Sonra tədbir başlandı. Dövlət qulluğu veteranı Valeh Salehov hüznlü mitinqi açaraq tarixi düşmənlərimiz olan ermənilərin iki əsr müddətində xalqımızı məruz qoyduğu soyqırım hadisələrindən, qətliamlarından, işğalçılıq siyasətindən, bütün bu cinayətlərinə görə havadarlarına arxalanaraq beynəlxalq miqyasda hələ də cavab verməməsindən danışdı.
Bütün dövrlərdə şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Məhəmmədiyyə” məscidinin axundu Elnur Yusifov, tarix müəllimi Xalid Mürşüdov, rayon təhsil şöbəsinin əməkdaşı Sədəf Mikayılova çıxış etdilər. 1918-ci il, ondan əvvəlki və sonrakı soyqırımı hadisələrindən,”İslam Həmrəyliyi ilin”də ölkəmizin, vətənimizin, Dövlətimizin taleyi ilə bağlı bütün məsələlərdə həmrəy olmağın vacibliyindən danışdılar. Sonda “Soyqırım” abidəsi kütləvi ziyarət olundu.


31 mart-Azərbaycanlıların soyqırımı günü “Ana harayı”-“Soyqırımı” abidəsini kütləvi ziyarətlə qeyd olundu
31 mart-Azərbaycanlıların soyqırımı günü “Ana harayı”-“Soyqırımı” abidəsini kütləvi ziyarətlə qeyd olundu
31 mart-Azərbaycanlıların soyqırımı günü “Ana harayı”-“Soyqırımı” abidəsini kütləvi ziyarətlə qeyd olundu

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər