Yanan binanın təmir edən şirkət dəyişdirildi

may-31
18:51 2015
Yanan binanın təmir edən şirkət dəyişdirildi
























Sakinlər təmir işlərinin keyfiyyətindən narazılıqlarını bildirmişlər

Aprelin 10-da Xətai rayonu Zığ yolu 16 ünvanında yanan 9 mərtəbəli binanı təmir edən şirkət dəyişdirilib.

Xeberci.info-nun Lent.az-a istinadən məlumatına görə, bu barədə Xətai RİH-in başçısı Razim Məmmədov bildirib. Belə ki, sakinlər məlum yanğın hadisəsindən sonra binalarında aparılan təmir işlərinin keyfiyyətindən narazılıqlarını bildirmişlər. Eyni zamanda Binəqədi rayonunda baş vermiş yanğın ilə əlaqədar sakinlərə ayrılmış kompensasiyanın onlara da şamil olunmasını xahiş ediblər.

Bir qrup zərərçəkəni qəbul edən icra başçısı onların qaldırdıqları bu məsələlərlə bağlı əlaqədar təşkilatlar qarşısında vəsatət qaldırıldığını deyib. O, əlavə edib ki, artıq təmir işləri digər bir şirkətə həvalə edilib. Həmçinin sakinlərin diqqətinə çatdırılıb ki, bütün bu məsələlər dövlət başçısının və rayon icra hakimiyyətinin birbaşa nəzarəti altındadır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər