AFFA-dan milliyə fantastik mükafat vədi: Almaniyanı udsalar...

mar-25
09:26 2017
AFFA Almaniya ilə matç üçün mükafat fondu müəyyənləşdirib. “Azerifootball” xəbər verir ki, yığmamız almanlara uduzmasa, futbolçular AFFA-dan böyük məbləğdə mükafat alacaqlar.

Məlumata görə, komanda qələbə qazansa, start heyətində yer alan hər futbolçu 100 min, əvəzetmədən meydana çıxanlar 75 min, ehtiyatda qalanlar 50 min manat mükafat alacaqlar.

Yığma heç-heçə etsə, əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda qalanlara 50 faizi veriləcək.

Qeyd edək ki, Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlanacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər