Cənnətdə mömin kişilərdən ötrü hurilər olacaq - Bəs qadınlar üçün?

mar-23
08:45 2017
Qurana əsasən, Cənnətdə mömin kişilərdən ötrü yaraşıqlı hurilər olacaq. Bəs qadınlar üçün Cənnətdə hansı mükafatlar nəzərdə tutulub?

Publika.az islam.az-a istinadən bildirir ki, əvvəla, Cənnətdə möminlərə veriləcək mükafatların çoxu yalnız kişilərə aid olmayacaq. Həm kişilər, həm də qadınlar bu mükafatlardan istifadə edə biləcəklər.

İkincisi, ümumiyyətlə, Cənnət nemətlərini maddi ləzzətlərlə məhdudlaşdırmaq düzgün deyil. Möminlər cənnətdə gözəl saraylar, dadlı meyvələr, ağacların altından axan sularla, hurilərlə yanaşı, mənəvi nemətlərə də layiq görüləcəklər.

Quran müxtəlif səviyyəli insanlar üçün Cənnət nemətlərini təsvir edir. Kimisi bu nemətlərin içində huriləri daha çox arzulayır, kimisi peyğəmbərlər və imamlarla qonşu olmağı diləyir, kimisi üçün Allahın razılığı kifayətdir.

Qadınlara veriləcək mükafatlara gəlincə, əgər qadının bu dünyadakı əri də Cənnətə layiq olacaqsa, onların axirətdə birlikdə olmalarına icazə veriləcək.

Əgər onlardan hər hansı biri bunu istəməsə və yaxud kişi Cəhənnəmlik olsa, qadına qılman adlanan kişi cinsli varlıqlardan və ya Cənnətdəki mömin kişilərdən birinə ərə getmək təklif ediləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər