Qüdrət Qurbanov Novruz bayramı münasibəti ilə Dövlət Dəniz Administrasiyası heyətini təbrik edib

mar-18
10:49 2017
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov Novruz bayramı münasibəti ilə Dövlət Dəniz Administrasiyası heyətini təbrik edib

Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan Azərbaycan xalqının dünya mədəniyyətinə misilsiz töhfələrindəndir.

“Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur”.

Bahar bayramı dövlət müstəqilliyinin nailiyyəti olaraq rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkənin bütün guşələrində qeyd edilir.

“Mən torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirirəm. Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladların unudulmaz xatirəsini bir daha ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm”

“Arzu edirəm ki, öz gəlişiylə bu gözəl bayram hər evə, hər ocağa bol ruzi-bərəkət gətirsin və hamınıza yeni sevinclər bəxş eləsin”

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər