"Oğlumu futbola qoşdum ki, həm başını qatsın, həm də..." - Rövnəq Abdullayev

mar-15
10:09 2017
Azərbaycan çempionatında əvvəl şübhəli oyunlar var idisə, biz bunun kommersiya əhəmiyyətini görmürdük. Təsdiq etmək çətin idi.
Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Qurumun Konfransından sonra jurnalistlərin suallarını cavablandıran assosiasiya rəhbəri danışılmış oyunlara da toxunub: "İndi UEFA-da elə bir sistem qurulub ki, "Göyəzən"lə "Şahdağ"ın oyununun bütün çəkilişlərini və Çindəki bukmeker kontorlarının fəaliyyətini izləyə bilirlər. Oyuna adi gözlə baxdıqda adam şübhə edə bilmir. Amma hansısa matça nə qədər pul qoyulduğuna fikir verdikdə artıq çox şey aydınlaşır".

Abdullayev bildirib ki, I divizionda çıxış edən "Səbail" klubunun Müşahidə Şurasının sədri olan oğlu Rəşad Abdullayev istefa verməsi mümkündü: "Oğlum Rəşad da futbolu sevir. Onu futbola qəsdən qoşdum ki, həm başını qatsın, həm də sevdiyi işlə məşğul olsun. Çünki deyəndə ki, niyə Bakıya gəlmirsən, cavab verirdi ki, nəyə gəlim, məşğul olmağa iş yoxdu. "Səbail" Premyer Liqaya çıxan kimi, o, istefaya gedəcək. Mən burda ola-ola, Rəşad Premyer Liqa klubunun prezidenti ola bilməz".

Futzal Federasiyasının prezidenti Zaur Axundovun klublarda futzal komandalarının da yaradılmasını təklifinə münasibət bildirən Abdullayev bunu inandırıcı hesab etmir: "Futbol komandalarını güclə saxlayırıq. Hələ ki, klublarda futzal komandaları yaratmaq planımızda yoxdu. Klublar özləri özlərini maliyyələşdirməlidilər. Biz buna nail olmalıyıq. Futbol funksionerləri bir az zəiflədilər. Buna görə də, klublarda boşluqlar yarandı. Klublar düşünməlidilər ki, hardan nə qədər vəsait cəlb edə bilərlər? Futbol həm də kommersiyadı. Biz bu gözlə baxmasaq, onu inkişaf etdirə bilmərik. Avropada klublar 50-ci illərdən bu prinsiplə fəaliyyət göstərir. Bu işlə bağlı mütəxəssislər də hazırlamalıyıq".

///apasport.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər