"Nə qədər dünya varsa, o qədər də Azərbaycan türk dövləti və torpağı olaraq qalacaq" - İrəvan xanının nümayəndəsi Arif Rəhimzadəyə müraciət etdi

mar-07
11:52 2017
İrəvan xanı Hüseynqulu xanın nəslindən olan Avrasiya Türk Qadınlar Birliyinin sədri, Hollandiya parlamentinin sabiq deputatı Fatma Aktaş Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin azərbaycanlıların türk olmaması barədə söylədiyi fikirlərə cavab verib.

F.Aktaş “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Arif Rəhimzadə türklərlə bağlı böyük səhvə yol verib:

“Biz hər zaman türk olduğumuz üçün öyünmüşük, qürurlanmışıq. Arif Rəhimzadəyə müraciət edərək deyirəm ki, ey türk oğlu türk, titrə özünə gəl! Adın, danışığın, qanın, mayan türkdürsə, türk olduğun üçün öyünməlisən. Sual edirəm. Bəs sizi türklərdən kim küsdürdü? Atalarımızın gözəl misalı var. “Böyük tikə ye, ancaq böyük söz söyləmə!”. Hər birimiz türk olduğumuz üçün fəxr etməliyik”.

F.Aktaş deyib ki, Azərbaycan qədim türk torpağıdır:

“Nə qədər dünya varsa, o qədər də Azərbaycan türk dövləti və torpağı olaraq qalacaq. Dünyada türkdən böyük, qədim, təmiz, mədəni və igid millət yoxdur. Dünyaya mədəniyyəti türklər gətirib. Türkün olmadığı yerlərdə köləlik olub”.

F.Aktaş təəssüflə qeyd edib ki, milli kimliyi olmayan millətlər hər zaman başqa millətlərin köləsi olur:

“Türklər tarix yazmaz, tarix türkləri yazar. Türk yazılı tarixin başlanğıcı deməkdir. Əgər türklər tarixdən silinərsə, orta tarix deyə nə isə olmaz. Baxmayaraq ki, uzun illərdir Hollandiyada yaşayıram. Ancaq burada mənim yeganə üstünlüyüm, türk doğmaqdır. Çünki türk dünyaya işıq saçan günəşdir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər