Artur Rasizadəni istefaya göndərilir? - Belə deyirlər...

mar-02
07:51 2017
Bəlli olduğu kimi, Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatını martın 17-də təqdim olunacaq.
Hesabatı baş nazir Artur Rasizadə təqdim edəcək.

Bu məsələ ilə bağlı hakimiyyətdəki mənbələrdən istiqlal.az-a daxil olan məlumata görə, bu tarix A.Rəsizadənin karyerasının son günü olacaq: Həmin gün hesabat qəbul ediləcək və ardınca da prezidentin təqdimatı ilə A.Rasizadənin baş nazirlikdən azad edilməsi məsələsi səsə qoyulacaq. Elə həmin iclasdaca prezidentin təqdimatı ilə yeni baş nazir təsdiqlənəcək."

Mənbə yeni baş nazirin kimliyi ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkib: "Müxtəlif adlar hallanır. Buraya indiki nazirlərlə yanaşı, yeni simaların adları da çəkilir. Son qərarı təbii ki, prezident verəcək".

Mənbənin sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyindən artıq A.Rasizadə "əvəzedilməz ikinci şəxs" statusunu itirib: İndi ölkənin ikinci şəxsi birinci vitse-prezidentdir. O biri tərəfdənsə, ölkədə işlək baş nazirə ehtiyac var ki, 82 yaşlı Rasizadə bu standarta qətiyyən cavab vermir".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər