Banklar manatla əmanət qəbulunu dayandırdı - Səbəb

fev-21
08:06 2017
Əhali Manatda olan vəsaitlərini banklarda 2 ildən artıq müddətə saxlamaqda maraqlı deyil, daha çox qısamüddətli əmanət yerləşdirməyə üstünlük verilir

Səbəb 10 ilədək müddət üçün Manatın dəyərinin proqnozlaşdırılmasının çətin olmasıdır.

Azərbaycan Beynəlxalq Bankı milli valyutada 3-10 illik əmanət cəlb etməyi dayandırıb.

“Marja” xəbər verir ki, artıq Bank 24 ayadək əmanət qəbul edir. Əmanət faizləri müddətdən və faizlərin ödənilməsi formasından asılı olaraq 11-13% təşkil edir. Qeyd edək ki, indiyədək ABB-də depozit faizləri 8-10% civarında idi.

Beynlxalq Bank həmçinin, “Multivalyuta”, “Yığım”,“Avans”,“Uşaq”, “Qızıl depozit”, “Pensiya” yığım əmanət növləri və “Əmanət kartı” məhsulunu ləğv edib.

Bundan başqa, Avro, İngilis funt sterlinqi və Rusiya rublu valyutasında əmanətlərin qəbulu dayandırılıb.

Beynəlxalq Bankın uzunmüddətli əmanət qəbulunu dayandırması və əmanət faizlərini qaldırması 20 illik ipoteka barədə ümidləri azaldır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər