Bakıda ŞOK: Xəstəxanada xəstənin qollarını çarpayıya bağladılar - VİDEO

fev-21
08:48 2017
Bakıda reanimasiyaya yerləşdirilən xəstənin qollarını çarpayıya bağlayıblar.

Paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan və dializ xəstəsi olan 55 yaşlı Şahnisə Muxtarova 5 gün əvvəl mədəsində yaranan qanaxma ilə əlaqədar 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun sözlərinə görə, həmin gün axşam övladları evə getdikdən sonra tibb bacısından su istəyib və ona ağrıkəsici iynə vurmasını xahiş edib.

Şahnisə Muxtarovanın sözlərinə görə, bir müddət sonra tibb bacısı onun qollarını parça ilə çarpayıya bağlayıb və ona qan köçürüb.

Bir müddət sonra isə Şahnisə Muxtarova özü qollarını aça bilib. Pasiyentin yaxınları deyirlər ki, hadisə ilə bağlı xəstəxana rəhbərliyinə də müraciət ediblər.

Məsələ ilə bağlı 1 saylı Şəhər Kliniki Xəstəxandan "Xəzər Xəbər”ə bildirildi ki, bəzi xəstələrə qan köçürülərkən məcburən qolları bağlanır.

Reanimatoloq Kərəm Yaqubovun sözlərinə görə, Şahnisə Muxtarovanın da qolu bu səbəbdən bağlanıb. Qolunda əmələ gələn izlər isə onun xəstəliyi ilə əlaqədardır.

Həkim ekspaertlər isə bildirdilər ki, xəstənin qolunun bağlanıb-bağlanmaması həkimdən asılıdır. Yəni qan köçürən həkim pasiyentin göstərdiyi reaksiyadan asılı olaraq onun qolunu bağlaya bilər. Lakin xəstə heç bir mənfi reaksiya göstərmirsə, ekspertlər qolun bağlanmamasını daha məqsədəuyğun sayırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

///Xezerxeber.az


VİDEOYA BU LİNKDƏN BAXA BİLƏRSİNİZ

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər