TƏCİLİ! Azərbaycanda məmur ailəsi faciəvi qəzada HƏLAK OLDU

fev-16
08:06 2017
Saatlı rayonunda ağır yol qəzası baş verib.

İsident rayonun Sarıcalar kəndində qeydə alınıb.
Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. Baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub.

Bu, Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir.
Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.

18:30 radələrində həyat yoldaşı və qızı ilə birgə faciəvi şəkildə ölən 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlunun baytar həkimi olduğu məlum olub.
Bildirilir ki, G.Ağayev ailəsi ilə birgə Sabirabadın Qalağayın qəsəbəsində yaşayıb və dünən bacısını görmək üçün Saatlının Sarıcalar kəndinə gəlib. Onlar Qalağayına qayıdarkən G.Ağayevin sürdüyü “VAZ 2106” markalı minik avtomobili dəmir yolu xəttinin üstündə sönüb.

63 yaşlı kişi yaxınlaşmaqda olan teplavoz gələnədək avtomobili işə salıb hərəkət edə biləcəyini düşünüb və maşından düşməyib. Lakin mühərriki işə salmaq mümkün olmayıb və sürətini azalda bilməyən teplavoz ata - 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlu, ana - 1955-ci il təvəllüdlü Ağayeva Hökumə Murtuz qızı və qızları - 1998-ci il təvəllüdlü Lamiyə Ağayevanın olduğu avtomobili əzərək bir xeyli sürüyüb. Onlar hadisə yerindəcə vəfat edib.

Sarıcalılar kənd sakinləri bildirib ki, həmin ərazidəki dəmir yolu keçidində son illərədək şlaqbaum olub və post yerləşib. Bir müddət əvvəl orada işləyən 4 dəmiryolçu ixtisara düşərək işdən çıxarılıb və şlaqbaum da ləğv edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olmuş bu ailə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənovun yaxın qohumlarıdır. Belə ki qəzada həlak olmuş Güloğlan Ağayevin həyat yoldaşı Həsən Həsənovun bacısıdır.(lent.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər