Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildi

okt-29
18:54 2013
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildi

Nazirlər Kabineti orta ixtisas və ali təhsil müəssisələrinin nümunəvi nizamnaməsinə dəyişiklik edib

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər. Nazirlər Kabinetindən verilən məlumata görə, “Orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi” və “Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi”nə müvafiq dəyişikliklər edilib. Bu dəyişiklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Eyni dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.




//Trend

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər