Türkiyədə təhsil alan Qafqaz Universiteti məzunlarının başı dərddə: Universitetlərdən çıxarılırlar

fev-08
10:16 2017
Türkiyədə magistr təhsili alan bəzi azərbaycanlı tələbələrin universitetlərdən qeydiyyatları silinməyə başlayıb.

Bu haqda AZXEBER.COM-a Türkiyənin Beykent Universitetinin azərbaycanlı tələbələri məlumat verib.

Onların dediyinə görə, Qafqaz Universitetinin məzunlarının qeydiyyatı universitetdən silinməyə başlayıb. Buna səbəb universitetin Türkiyədə terror təşkilatı kimi bilinən FETÖ-ylə yaxın əlaqələridir.

Tələbələrə bununla bağlı xəbərdarlıq edilib və bildirilib ki, Qafqaz məzunları təhsilini Türkiyədə davam etdirə bilməyəcək.

Analoji hadisə qardaş ölkənin digər özəl universitetlərinə də aiddir.

Qeyd edək ki, bundan öncə verilən qərarla Türkiyənin Ali Təhsil Şurası – (YÖK) Qafqaz Universitetində təhsil alan türkiyəli tələbələrin diplomları tanınmayacaq. Eyni zamanda, adıçəkilən universitetin azərbaycanlı bakalavr məzunları Türkiyədə magistr pilləsi üzrə təhsil ala bilməyəcəklər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər