Mübariz İbrahimovun doğum günüdür

fev-07
08:35 2017
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

2005-ci ildə orada orta təhsilini başa vurub.

Əsgəri xidmətini Daxili Qoşunların "N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni səngərinə hücum edib. Düşməni ağır itkilərə məruz qoyan Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

19 iyun 2010-cu il tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında şəhid olub. Düşmənlə aramsız danışıqlardan sonra onun meyitini geri almaq mümkün olub. Ölümündən sonra M.İbrahimova Milli Qəhrəman adı verilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər