Bakıda qadın içib qadını bıçaqladı - Kafeni dağıtdılar

yan-23
07:25 2017
Bakı şəhəri, Binəqədi rayonu ərazisində kafe sahibəsi bıçaqlanıb.

Hadisə səhərə yaxın "Arpaçay" kafesində qeydə alınıb. Kafe sahibi, 32 yaşlı Kərimova Xəyalə Qurban qızı kafenin müştərisi Xəyalə adlı qadın tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətirilib. İlkin müayinələr zamanı 32 yaşlı qadında sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası aşkar edilib. Yaralı cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb və ilkin izahatı alınıb. Məlum olub ki, o, hadisəni törədərkən içkili vəziyyətdə olub. İnsident zamanı onunla birgə gələn Cəlal və Tərlan adlı şəxslər də kafeni yararsız hala salıblar.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində təhqiqat araşdırmaları aparılıb və material istintaq şöbəsinə göndərilib. İstintaq şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.

///salamnews

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər