Jurnalistlər üçün yeni müsabiqə

may-16
13:58 2015
Jurnalistlər üçün yeni müsabiqə
























ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Mətbuat Şurası məişət zorakılığı probleminə həsr olunmuş jurnalist işləri üçün iki müsabiqə elan edib

Bu barədə ATƏT-in saytında məlumat yerləşdirilib. Məlumata görə, birinci müsabiqə qəzet və internet KİV-lərdə dərc olunan məqalələr, ikinci müsabiqə isə televiziya reportajları üçündür.

ATƏT, Mətbuat Şurası və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət qiymətləndirmə komissiyası cari ilin mayın 1-dən noyabrın 30-dək hazırlanmış ən yaxşı işləri mükafatlandıracaq.

Məqalə və reportajlar 2015-ci il noyabrın 30-dək təqdim oluna bilər. Nəticələr isə dekabr ayında elan olunacaq.

Məlumatda həmçinin qeyd olunub ki, müsabiqədə yalnız mətbuat nümayəndələri iştirak edə bilər. Qalib seçilən müəlliflərə sertifikat və pul mükafatı təqdim olunacaq: birinci yer-1500 AZN, ikinci yer-1200 AZN və üçüncü yer - 1000 AZN.

Hər iki müsabiqədə gənc jurnalistlərin hazırladığı işə görə 1000 AZN məbləğində bir xüsusi mükafat nəzərdə tutulub. Bu müsabiqələr ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin məişət zorakılığının qarşısının alınması üzrə qanunvericiliyin icrasına dəstək layihəsinin bir hissəsidir/musavat.com/.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər