"Qafqaz" dövlət universiteti olacaq — Rektor

yan-18
08:15 2017
"Qafqaz" Universitetinin ləğv olunması ilə bağlı "Vergilər" qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib

Rektor AzVision.az-a açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi Universitetinin fəaliyyətini 9 yanvar tarixindən dayandırıb.

“Hazırda Universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”.

Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini qeyd edib. “Burada müəllimlər işləyir, tələbələr oxuyur. Təhsil proses olduğu kimi davam edir”.

Qeyd edək ki, "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilən elana əsasən "Qafqaz" Universiteti təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur. Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər