Bakıda ustalar evin sahibəsini zorladı – Qandonduran cinayət

yan-12
10:38 2017
Rus əsilli yaşlı qadını zorlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Camir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Beyləqan rayon sakini Camir İsmayılov 2016-cı il sentyabrın 2-də saat 13 radələrində qohumu Əşrəf Məmmədovla birlikdə tanışları Elnur Muxtarovun təklifi ilə Nizami rayonunda yaşayan rus əsilli yaşlı qadın Nataşa Çamyuvanın (ad və soyad şərti verilib) evinə su kranını və su qızdırıcısını təmir etmək üçün gediblər.
İçki məclisi
Təmir işlərini bitirdikdən sonra qohumlar yeyib-içmək qərarına gəliblər və zərərçəkən Nataşa Çamyuvanın mənzilində spirtli içki qəbul ediblər.
Sərxoş vəziyyətdə olan Camir İsmayılov qadının yataq otağına keçərək onun əl-qolunu tutub və Əşrəf Məmmədovun onu zorlamasına şərait yaradıb.
Zorlama
Nataşa Çamyuva Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyəndə Camir İsmayılov mobil telefonunu onun əlindən alıb və batareyasını çıxarıb. Sonra isə hər ikisi qadını döyərək ayrı-ayrılıqda Nataşa Çamyuva ilə zorla cinsi əlaqədə olublar.
Təqsirləndirilən şəxs evlidir və 2 övladı var.
İttiham
Cinayət işində adı keçən digər şəxslərin işi ayrıca icraata götürülüb. Camir İsmayılov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, bildirib ki, Nataşa Çamyuvanı zorlamayıb.
"Yataqda cinsi əlaqədə oldum”
Onun sözlərinə görə, qadının evində yeyib-içiblər: "Qadın da bizimlə yeyib-içdi. Sonra sərxoş olanda onunla cinsi əlaqədə olmağı təklif etdim. Nataşa Çamyuva da təklifimə etiraz etmədi. Birlikdə yataq otağına keçdim. Onunla yataqda cinsi əlaqədə oldum”.
Camir İsmayılov zorlama ittihamını qəbul etməyib və bildirib ki, ittiham olunduğu maddə üzrə ona qarşı düzgün ittiham verilməyib.
Daha sonra zərərçəkmiş qadın ifadə verib. O, evinə gələn ustalar tərəfindən təcavüzə məruz qaldığını bildirib. Yaşlı qadın təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.
Proses yanvarın 19-da davam edəcək. (teleqraf.com)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər