Müəllimlərin əməkhaqqı 2 dəfə artırıldı - Rəsmi

yan-09
08:57 2017
Yanvarın 1-dən Azərbaycanda 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilməsən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunur. Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70%-ni əhatə edəcək. Qalan müəllimlərin isə 2017-ci ildə diaqnostik qiymətləndirilməsinin keçirilməsi və 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur.

Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər