Kəlbəcər girovlarından yeni xəbər var

may-09
18:46 2015
Kəlbəcər girovlarından yeni xəbər var























Separatçı rejimin “ali məhkəməsi” azərbaycanlı girovların şikayətinə mayın 27-də baxacaq

Qondarma Dağlıq Qarabağ Respublikasının “ali məhkəməsi” Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar-Dilqəm Əsgərov və Şahbaz Quliyevin şikayətinə baxacaq.

Xeberci.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Arkadi İsraelyan məlumat verib. Proses mayın 27-nə təyin olunub.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “apellyasiya məhkəməsi” Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “birinci instansiya məhkəməsinin hökmünü” qüvvədə saxlayıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər