Prezident Bakıda ilk sosial binanın təməlini qoydu — Yenilənib

dek-24
14:02 2016
Bakı şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsinin icrası üçün hazırlıq işləri gedir.

Bunu Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “İlk növbədə bu layihəni başlayarkən biz vətəndaşlar haqqında düşünürdük. İstəyirdik ki, bu gün mənzil ala bilməyən ailə mənzil ala bilsin. Və bu təşəbbüs kütləvi xarakter almalıdır. Bakı şəhərində indi ikinci layihənin icrası üçün hazırlıq işləri gedir. İkinci layihə bundan da böyük olacaq. Əgər burada 11 hektardısa, ikinci layihədə tikinti meydançası 20 hektar olacaq. İkinci layihə Hövsan qəsəbəsində icra ediləcək və orada da onlarla yeni yaşayış binasının tikintisi nəzərdə tutulur.

Biz bunu bu gün dövlət xətti ilə icra edirik. Və burada tikiləcək binaların maliyyə resursları da dövlət büdcəsində nəzərdə tutulur. Ancaq mən bu gün sahibkarlara da müraciət edirəm, onlar da bu təşəbbüsə qoşulsunlar və bu proses kütləvi xarakter alsın”.

***

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlətimizin başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoydu.

Sonra dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər