Avropa Oyunlarının açılışına metro ilə pulsuz

may-07
14:20 2015
Avropa Oyunlarının açılışına metro ilə pulsuz






















“Onlar bileti göstərməlidirlər”

Bakıda ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə gedən insanlar üçün metro pulsuz olacaq.

Xeberci.info xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, tamaşaçılar yalnız Avropa Oyunlarının açılış və bağlanış günləri biletlərini göstərməklə metrodan pulsuz istifadə edə biləcəklər.

“Bakı 2015 Avropa Oyunlarına akkreditasiyası olan bütün şəxslər, yarışlar zamanı metrodan pulsuz istifadə edəcəklər”.

Qeyd edək ki, Avropa Oyunlarının açılışı iyunun 12-də, bağlanışı iyunun 28-də keçiriləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər