Poçt göndərişləri onlayn izləniləcək

may-07
14:18 2015
Poçt göndərişləri onlayn izləniləcək

























RYTN məlumat yaydı

Nazirliyin “Poçt göndərişlərinin izlənilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.

Bu barədə Xeberci.info-ya Rabitə və yüksək texnologiyalar nazirliyindən(RYTN) məlumat verilib.

Bu xidmət vasitəsilə RYTN-in “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbul, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.

Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13 simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir.

Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir.

Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər