Nazirlik 6270 nəfəri işə düzəltdi

may-07
14:17 2015
Nazirlik 6270 nəfəri işə düzəltdi






















Onların 20 nəfərini 20 yaşadək gənclər təşkil edib

2015-ci ilin I rübündə nazirlik 6270 nəfərə yaxın işsiz və işaxtaran şəxs işlə təmin edib.

Bu barədə Xeberci.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyindən məlumat verilib.

Belə ki, nazirliyin Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən 6268 nəfər münasib işlərlə təmin olunub.

Onlardan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən, bu səbəbdən kvota üzrə məşğulluğu təmin olunanlar 222 nəfər olub.

Həmin şəxslərin 72 nəfərini əlillər, 51 nəfərini qaçqın və məcburi köçkünlər, 49 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 20 nəfərini 20 yaşadək gənclər, 9 nəfərini şəhid ailəsi üzvləri və digər müvafiq şəxslər təşkil edib.

2015-ci ilin üç ayında haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı 109 nəfər, DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 893 nəfər təşkil edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər