DİN işçi axtarır

may-06
16:36 2015
DİN işçi axtarır






















İlkin olaraq 500 manat aylıq maaş


Daxili İşlər Nazirliyi xidmətə qəbulla bağlı müsabiqə elan edib.

DİN-in mətbuat xidmətindən Xeberci.info-ya daxil olan məlumata görə, DİN Tibb İdarəsində vakant olan 4 həkim-pediatr və 2 həkim-ginekoloq vəzifəsində xidmətə qəbulla bağlı müsabiqə elan edib. Müsabiqədə dövlət ali təhsil müəssisələrini pediatriya və ginekologiya ixtisasları üzrə bitirmiş, ixtisas üzrə 5 il praktiki təcrübəyə malik, yaşı 30-dan (ixtisas üzrə elmi dərəcəyə malik şəxslər yaşı 35-dən) yuxarı olmayan, "Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, Bakıda qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə DİN-in Kadrları tərkibinə daxil edilməklə "tibb xidməti leytenantı" xüsüsi rütbəsi veriləcək və ilkin olaraq 500 manat aylıq maaş ödəniləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu və əmək kitabçasının surətini şəxsən təqdim etməlidir:

Müsabiqədə iştirak etmək üçün sənədlər 2015-ci il mayın 5-dən iyunun 5-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 7, DİN-in Baş Kadrlar İdarəsində qəbul edilir. Əlavə məlumat almaq istəyənlər 012-590-92-70 nömrəsi ilə Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər