Hökməlidə söyüşə görə adam güllələyən sürücünün məhkəməsi başladı

may-05
12:53 2015
Hökməlidə söyüşə görə adam güllələyən sürücünün məhkəməsi başladı


























“Mənim onu öldürmək fikrim yox idi”

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Xəqani Şükürovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Xeberci.info xəbər verir ki, ötən il noyabrın 16-da Xəqani Şükürov Abşeron RPŞ-nə gələrək, tanımadığı şəxsi özünə məxsus ov tüfəngindən atəş açmaqla öldürdüyünü bildirib. Dərhal sonra Hökməli qəsəbəsinə yollanan istintaq-əməliyyat qrupu müayinə aparıb, müvafiq maddi sübutlar götürülüb, məlum olub ki, hadisə Şükürovun yaşadığı evin qarşısında baş verib.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Kamal Qurbanovun (1992-ci il təv.) ölümünə almış olduğu güllə yarasından irəli gələn kəskin qanitirmə səbəb olub.

İstintaq zamanı iş üzrə dindirilən Xəqani Şükürov sürücü işlədiyini bildirib, həmin gün yorğun olduğu üçün evdə uzanan vaxt pəncərənin qarşısından dayanıb söyüşlə danışan adamların səsini eşidib. Buna görə çölə çıxıb onlara gedib başqa yerdə söyüş söymələrini deyib. Həmin şəxslərin əllərində içki şüşələri olub.

Lakin cavab olaraq həmin oğlanlardan bir neçəsi onun sözlərinə etirazını bildirib və ünvanına söyüş söyüblər, hətta gənclərdən biri ona bıçaq çıxardıb. Tanımadığı şəxs bıçaqla Xəqaninin üstünə cumanda o, evinə girərək tüfəngi götürüb. Sonra isə bayıra çıxaraq həmin tüfənglə qapısının qarşısında söyüş söyən gəncləri qorxutmaq istəyib:

“Onların heç birini tanımırdım. Bizim qəsəbəyə kiminsə yanına gəlmişdilər. Onlardan biri mənə bıçaq çıxaranda tez qaçdım evə. Ov tüfəngim var, onu götürüb bayıra çıxdım. İstədim göyə bir dəfə atım qaçsınlar, getsinlər. Bu zaman onlardan biri üstümə qaçıb, silahı əlimdən almaq istədi, həmin an barmağım tüfəngin çaxmağına dəydi və atəş açıldı. Mənim onu öldürmək fikrim yox idi. Sadəcə, qorxutmaq istəyirdim ki, çıxıb getsinlər”.

Digər şəxslərin qaçdığını görən Xəqani Kamal Qurbanovu idarə etdiyi “VAZ 2121” markalı avtomobilə mindirərək, 1 saylı şəhər klinik xəstəxanasına aparıb. Şükürovun sözlərinə görə, yaralını xəstəxanaya çatdıranda o hələ sağ olub, lakin həkimlərin səyinə baxmayaraq, Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Hazırlıq iclasında hakim tərkibi elan edilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 6-na təyin olunub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər