İmkansız ailələrə yardım ediləcək

noy-25
05:57 2016
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi zamanı təbii səbəblərdən gəlir əldə edə bilməyən əhali qruplarının dövlət vəsaiti hesabına icbari tibbi sığortaya cəlbi nəzərdə tutulur.

Trend bildirir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev deyib. Şöbə müdiri qeyd edib ki, bütün əhalinin icbari tibbi sığorta sistemi ilə əhatə edilməsi nəzərdə tutulur: "Bu sistem həmrəylik prinsipinə əsaslanır və burada dövlətin rolu olacaq. Dövlət öz üzərinə düşən əhali qruplarının sığortaya cəlbinin maliyyələşdirilməsini öhdəsinə götürəcək".

İ.Əliyev əlavə edib ki, sığorta sistemində güzəşt tətbiq olunacaq əhali qrupuna işləməyən pensiyaçılar, əlillər, uşaqlar, aztəminatlı ailələr, işsizlik statusu olan şəxslər daxildir: "Bu qrup insanlar icbari tibbi sığorta ödənişindən azad olunacaq və onların icbari tibbi sığortaya cəlbini dövlət həyata keçirəcək. Amma digər şəxslər üçün icbari tibbi sığorta ödənişləri tətbiq olunacaq. İlkin olaraq, bu, pilot rayonlar üzrə sınaqdan keçiriləcək".

İ.Əliyev bildirib ki, sığorta sisteminin tətbiqi üçün Yevlax rayonu və Mingəçevir şəhəri pilot ərazilər seçilib: "Artıq bu sahədə işlərə başlamışıq. Bu rayonlarda sakinlərlə, tibb mütəxəssisləri ilə müəyyən görüşlər keçirilib və ictimai tibbi sığorta barəsində onlara daha ətraflı məlumat verilib".

Agentlik rəsmisinin sözlərinə görə, icbari tibbi sığorta sisteminin mərhələli şəkildə ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər