Türkiyəni qarışdıran azərbaycanlı model kimdir?

may-02
18:23 2015
Türkiyəni qarışdıran azərbaycanlı model kimdir?






















Holdinq rəhbərinin dəcəl qızı, yoxsa...?

Türkiyənin çoxsaylı telekanalları və maqazin mediası Sima Şərafətdinova adlı azərbaycanlı manekenlə bağlı qalmaqaldan bəhs edir.

Məsələ burasındadır ki, Sima Şərafətdinova bu ölkədə “Mənim stilim” adlı moda müsabiqəsinin seçmə turunda birinci yeri tutub. Hazırda o, Türkiyə telekanallarının maqazin verilişlərinin az qala bir nömrəli qəhrəmanıdır.

Bu qız Türkiyədə özünə belə imic formalaşdırıb ki, o, Azərbaycanda çox tanınmış, nüfuzlu holdinq rəhbərinin qızıdır, ərköyündür, 13 yaşında ailəsindən xəbərsiz fotomodellik edib. 15 yaşında yenə ailəsindən icazə almadan “Best Model of Azerbaijan” yarışmasına qatılıb və qalib gəlib.

Hazırda onun 17 yaşı var və özünün dediyi kimi, yenə ailəsindən icazəsiz Türkiyədə keçirilən moda yarışmasına qatılıb.

Xeberci.info Virtualaz.org-a istinadən xəbər verir ki, bununla belə Türkiyənin maqazin mediasını və moda yarışması jürisini “fırladan” bu qız atasının kim olduğunu demir. Əsl adının Simuzər olduğunu, ancaq adının “çox köhnə və dəbdən düşmüş” olduğuna görə dəyişdirib “Sima” etdiyini bildirir. Deyir ki, ailənin tək övladıdır.

Teleaparıcı Kamal Doğulu Simanın qonaq olduğu verilişdə ona “səni birinci edənlər zövqsüzdür” deyib, onun tapşırıqla müsabiqədə birinci yeri tutduğuna eyham vurub. Üstəlik məlum olub ki, Simanın boyu da manekenlik üçün yaramır. O, boyunun 172 sm olduğu haqda məlumat versə də əslində boyunun 165 sm olduğu məlum olub.

İndi Türkiyədə sual edirlər ki, bu qız bu boyla Azərbaycanda gözəllik yarışmasında birinci yeri necə tutub.

Sima 6 dil bildiyini deyir, Türkiyədə özəl universitetlərdən birində kömpüter mühəndisliyi təhsili alır. Bu ölkənin maqazin mediası bütün iş-gücünü atıb “Sima Şərafətdinova kimdir?” sualına cavab axtarır...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər