Müəllimlərə ŞAD XƏBƏR: maaş qaldırılacaq

noy-15
09:21 2016
Azərbaycanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin əmək haqqı gələn il yanvarın 1-dən artımla hesablanacaq.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən mətbuat konfransında bildirib ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildikdən sonra qiymətləndirmədən keçən bir müəllimin əmək haqqının nə qədər artacağını demək olmaz: "Çünki əmək haqqı hesablanarkən bir sıra kriteriyalar - müəllimin stajı, dərs yükü, ali təhsilinin, fəxri adının olub-olmaması və s. nəzərə alınır. Ümumilikdə, müəllimlərin maaşı 40 faiz artacaq. Müəllimlərin maaşı Nazirlər Kabinetinin qərarına uyğun hesablanır".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər