Moskva Qarabağı Türkiyəyə təklif edir - Ruslar erməniləri güzəştə məcbur edəcək ( Erməni mediası)

apr-29
16:15 2015
Moskva Qarabağı Türkiyəyə təklif edir - Ruslar erməniləri güzəştə məcbur edəcək ( Erməni mediası)




















Ermənistanın Lragir.am saytında siyasi təhlilçi Aykazn Qaqriyanın sensasion yazısı dərc olunub

Avropa.info xəbər verir ki, "Moskva Qarabağı Türkiyəyə təklif edir" başlıqlı yazıda Ermənistanın işğal etdiyi Qarabağın tez bir zamanda Azərbaycana qaytarılacağı bildirilir. Həmin yazını təqdim edirik:

Putinin Yerevana səfəri diqqət mərkəzində qalmaqda davam edir. Ermənistana səfər etmək qərarı Putin üçün olduqca çətin idi. Çünki o, qəliz seçim qarşısında qalmışdı. Bir tərəfdən Türkiyənin ultimatumu, digər tərəfdən Ermənistanı və bütün Cənubi Qafqazı itirmək qorxusu. Digər tərəfdən Qərb də özünü Ermənistanda göstərdi. Ermənistan Rusiya və Qərb arasında olan münasibətlərin aydınlaşdırılması yeri ola bilərdi.

Nəhayət ki, Putin Yerevana gəlmək qərarı verdi, lakin Türkiyənin adını çəkmədən, çox ehtiyatlı çıxış etdi. Ümumi sözlərlə yetindi. Eyni zamanda Türkiyə Rusiyanın ünvanına sərt bəyanatlarla çıxış etdi. Moskva isə tez-tələsik Putinin Yerevan səfəri haqqında açıqlama verdi ki, səfər rus-türk strateji münasibətlərinə təsir etməyəcək.

Rusiya prezidentinin mətbuat katibi isə Putinin Yerevan çıxışını diqqətlə oxumağı tövsiyə etdi. Peskov çıxış nitqində Türkiyənin adının çəkilməməsinə işarə vurmuşdu. O, Türkiyənin Rusiya üçün vacib tərəfdaş olduğunu bəyan etmişdi.

Eyni zamanda Moskvanın türk-erməni münasibətlərini normallaşdırılmasında vasitəçi ola biləcəyi bildirilmişdi. Bundan əlavə Türkiyəyə Avrasiya İttyifaqı ilə əməkdaşlıq etmək təklif olunmuşdu, belə ki, Ermənistan Aİ üzvü kimi Türkiyə ilə sərhəddir.

Görünür ki, Putin Yerevana gələrək Qərbin “ultimatum”unu yerinə yetirib. Moskva beynəlxalq aləmdə aktual olan proseslərə daxil olmağa cəhd etdi. Bunlardan biri də türk-erməni münasibətləridir. Ancaq məlumdur ki, Türkiyə Qarabağ üzündən Ermənistanla münasibətləri bərpa etmək istəmir. Buna qarşı isə Qərb və Ermənistan çıxış edir.

Putinin səfərindən öncə isə Rusiya XİN başçısı Lavrov ölkəsinin Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsində rol oynayacağını bəyan etmişdi.

Qarabağ probleminin tənzimlənməsi nə deməkdir?

Bu Türkiyə və Azərbaycanın şərtlərinin yerinə yetirilməsi deməkdir və bunun başqa bir izahı ola bilməz. Tənzimlənmənin bütün gedişatı onu göstərir ki, türklər şərtlərinin qəbul olunmasını istəyirlər.

Türklər Rusiyaya təzyiq edərək mövcud vəziyyətdən daha çox şey əldə etmək istəyirlər. Rusiya isə çətin vəziyyətdə olduğundan Türkiyəyə güzəştə getmək istəyir. Eyni zamanda Moskva torpaqlarında yaşayan türk xalqları və qonşu dövlətlərlə münasibətlərini pozmaq istəmir.

Rusiya siyasətində qeyri-müəyyənlik davam edir. Bu isə özünü türk-erməni münasibətlərində bariz şəkildə göstərir. Digər tərəfdən Moskva başa düşür ki, Türkiyəyə ediləcək güzəştlər türk geosiyasətinin qəti qələbəsi olacaq. Bu siyasətin “hədəf”lərindən biri də elə Rusiyanın özüdür.
Ermənistan haqda deməyə isə heç nə yoxdur. Belə ki, Ermənistan bu məsələlərlə ilə bağlı xarici siyasət mövzusunda mövqeyini deməyib. Məlum deyil ki, bu təhlükəli vəziyyətə qarşı Ermənistan müqavimət göstərmək gücündədir , ya yox. Onsuz da Rusiyanın tezliklə Ermənistanı Qarabağ problemində güzəştə getməyə məcbur edəcəyi istisna deyil.

Beynəlxalq siyasətdə türk-erməni münasibətlərinin bütün “çirkli iş”i Rusiyanın üzərinə qoyulur. Moskva isə bu xoş olmayan roldan qaçmaq istəyir. Digər tərəfdən, bu tamamilə mümkündür. Çünki Ermənistanın beynəlxalq məsələlərdə dəqiq mövqeyi yoxdur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər