Rusiya XİN-dən Qarabağın adının dəyişdirilməsinə - Münasibət

noy-09
15:14 2016
"Rusiya, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri, habelə Ermənistan da daxil olmaqla, digər ölkələr Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”.

Bunu APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Hesab edirik ki, Dağlıq Qarabağın statusu danışıqlarda müəyyən olunmalıdır. Bununla əlaqədar hazırda onun yeni adlandırılmasının ortaya çıxması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə təsir etməyəcək", - deyə M. Zaxarova Dağlıq Qarabağ separatçılarının qondarma qurumun adını dəyişdirmək niyyətinə münasibət bildirərkən söyləyib.

Rusiya XİN sözçüsü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin Hamburqda ATƏT-ə üzv ölkələrin XİN başçılarının görüşündə müzakirə olunub-olunmayacağına da aydınlıq gətirib: "Həmsədrlikdə olan tərəfdaşlarımızla birlikdə Dağlıq Qarabağ münaqişəsi tərəflərinə vasitəçilik yardımı göstərməkdə davam edirik, bu baxımdan noyabrın 10-da Vyanda ATƏT daimi şurasında, eləcə də Minsk qrupunun iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə baxılacaq. İnanırıq ki, bu iş ATƏT XİN başçılarının Hamburqda dekabrın 8-9-da keçirilək iclasında da davam etdiriləcək".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər