Mahaçqalada yüzlərlə insan xəstəxanaya yerləşdirildi

okt-31
05:26 2016
Mahaçqalada 360-dan çox adam bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib. Olardan 265-i uşaqlardır.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu haqda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin ictimai sağlamlıq və kommunikasiyalar Departamentinin direktoru Oleq Salaqay məlumat verib.

Məlumata görə, Rusiya səhiyyə nazirinin tapşırığı ilə xəstələrə lazımi tibbi yardım göstərilir, onların həyatlarına təhlükə yoxdur.

İlkin versiyaya əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər