Bakıda dəhşətli hadisə: Kişi qadının üstünə benzin tökərək yandırdı

okt-29
19:03 2016
Bakıda dəhşətli hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Şam Bağı” restoranının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A. Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Xəzər rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən C. Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb.

Onu da əlavə edək ki, A. Zeynalova C. Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.

Faktla bağlı araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər