Xərçəng xəstəsi qadını və xəstə oğlunu pis vəziyyətə saldılar - Bakıda QƏDDARLIQ

okt-29
19:01 2016
"Bıçaqla başlarını kəsiblər"

Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 12 baş iribuynuzlu heyvan oğurlanıb. Nəticədə vətəndaşa külli miqdarda ziyan dəyib.

ARB TV xəbər verir ki, əslən Qobustan rayonundan olan Bənövşə Mirzəliyevanın Bakıda yaratdığı təsərrüfatdan 12 baş iribuynuzlu heyvan oğurlanıb. Hadisədən səhər saatlarında xəbər tutan qadın dərhal Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, vətəndaşa 35 mindən çox ziyan dəyib.

Bənövşə xanım deyir ki, 1 il bundan öncə ona məxsus 30-dan çox qoyun da oğurlanıb. Ən dəhşətlisi isə odur ki, xərçəng xəstəliyindən əziyyət çəkən qadının himayəsində əqli cəhətdən problemi olan övladı da var və onların tək qazanc yeri həmin heyvanlar olub.

"Oturduğumuz yer bir az şəraitsizdir. Xəstə oğlumun da bir uşağı var, onunla məşğul idim. 2 və 6 arası baxmışdım dama. 6-da bir də getdim gördüm ki, yoxdur heç nə. Bıçaqla kəndirlərin başlarını kəsiblər, yığışdırıb aparıblar” deyə zərərçəkən Bənövşə Mirzəliyeva bildirib.


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər