Avqustda itən 16 yaşlı qız elə yerdən tapıldı ki... - FOTO

okt-22
11:25 2016
Türkiyədə avqustda evdən çıxıb gedən 16 yaşlı E.Ç. masaj salonundan tapılıb. Məlum olub ki, qız zorla fahişəliyə cəlb edilir.

16 yaşlı məktəbli avqustun əvvəllərində evdən çıxıb və bir daha evinə qayıtmayıb. Qızın ərindən ayrı yaşayan anası səhəri gün bu barədə polisə xəbər verib. Ana 70 gün sonra qızını masaj salonundan tapıb. O, qızını evə gətirib və ona əxlaqsızlıq etdirənlərdən polisə şikayət edib.

Qız ifadəsində deyib:

"Evdən qaçandan sonra ilk dəfə sevgilimlə öz istəyimlə cinsi əlaqədə oldum. Sonra da yaxın rəfiqəmdən kömək istədim. O məni masaj salonuna apardı. Burada məni fahişəlik etməyə məcbur etdilər. Oradakı qızların hamısı 14-16 yaşlı qızlar idi. Bizi ölümlə təhdid edirdilər. Ona görə də ailəmə xəbər verə bilmirdim".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər