100-dən çox Suriya ermənisi Qarabağa köçürülür

okt-12
05:22 2016
Noyabr ayının sonuna qədər daha 100 Suriya ermənisi Ermənistana köçürüləcək.

AzVision.az “Tert.am”-a istinadən xəbər verir ki, bu barədə “Hələb” xeyriyyə təşkilatının rəhbəri Ani Balhyan bildirib.

Onun sözlərinə görə, indiyə qədər təşkilata 600-ə yaxın Suriya ermənisi müraciət edərək Ermənistana köçmək istədiyini deyib. Onlardan 100 nəfərin köçürülməsi üçün lazımı vəsait tapılıb.

Suriya ermənilərinin bundan öncəkilər kimi Ermənistan adı altında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə yerləşdiriləcəyi gözlənilir.

Balhyan qeyd edib ki, yaxın zamanlarda onlara Ermənistanın Hələbdəki konsulluğunda viza veriləcək.

Ümumilikdə Suriyada baş verən vətəndaş müharibəsindən sonra bu ölkədən Ermənistana təxminən 20.000 erməni gəlib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər