Bəhrəmtəpə qəsəbə R.Alışov adına tam orta məktəbin gənc müəllimi

okt-11
15:23 2016
Bəhrəmtəpə qəsəbə R.Alışov adına tam orta məktəbin gənc müəllimi
Nübar Nəzərəliyeva 1991-ci ildə Bərdə şəhərində anadan olub. 2009-cu ildə Bərdə şəhər T.İsmayılov adına 1 saylı tam orta məktəbi bitirən Nübar, ilk müəllimi Dilarə müəlliməyə olan sevgisindən, onun kimi ibtidai sinif müəllimi olmaq istəyinə düşüb. Bu istəklə də 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialını ibtidai sinif müəllimi ixtisası üzrə bitirib.
Bu il Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 48 bal toplayıb və İmişli rayon mərkəzindən 20 kilometr uzaqlıqda yerləşən Bəhrəmtəpə qəsəbə R.Alışov adına tam orta məktəbdə ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Məktəbdə olarkən məktəbin direktoru Ofelya Abdullayeva ilə də həmsöhbət oldum. O, Nübar müəllimədən həvəslə söhbət açaraq deyir ki, bizim məktəbə gələn gündən öz davranışı, öz dəsti-xətti, öz qabiliyyətiylə diqqəti cəlb edir. Nübar müəllim hər gün işləmək, çalışmaq təcrübə toplamaq həvəsindədir. Bu da onun işində biruzə verir, müsbət nəticəyə nail olur, hər gün irəliyə doğru addımlayır. Nübar müəllimə birinci sinifdə dərs keçir. Yeni metodlarla işləyir. Bacarıqlıdır, dərslərini İKT avadanlıqlarından istifadə etməklə qurur. Təbii ki, müəllimin özünə, öz savadına, biliyi və bacarığına inamı varsa, o müəllim heç bir yerdə büdrəməz.
Nübar müəllim peşəkarlığın bu incə sirrini dərk etdiyi üçün təməl qoyuluşunda səhvə yol verməməyə çalışır. O, deyir ki, təlim prosesinin mərkəzində şagird durur. Ona görə də bu günün şagirdi, yetişməkdə olan şəxsiyyət, öz mühakiməsində azad olmalıdır. O, tənqidi düşünməyi, öz mövqeyini ağıllı şəkildə müdafiə etməyi, əldə etdiyi bilik və bacarıqları həyatda tətbiqini bacarmalıdır. Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir.
Evində yaşadığı Elza xanım Nübar müəllimə haqqında belə deyir: O, çox gözəl insandır. İşdən kənarda da rəfiqəliyi, yoldaşlığı çox gözəldir. Ünsiyyətdə olduğu hər kəsə can yandırır, heç kəsin xətrinə dəymir, səsinin tonunu qaldırmır. Şagirdlər ilə də belədir.
Nübar müəllimə qısa zamanda pedaqoji kollektivin, valideynlərin və şagirdlərin dərin hörmətini qazanıb. Ona pedaqoji fəaliyyətində, şagirdlərin təlim-tərbiyəsində uğurlar arzulayırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər