Ağsu: Sosial inkişafın tempi yüksəlir

apr-16
17:01 2015
Ağsu: Sosial  inkişafın tempi yüksəlir


















Maliyyə intizamına nəzarət uğurla həyata keçirilir

Maliyyə mütəxəssisi Vaqif müəllimin rəhbərlik etdiyi Ağsu rayon maliyyə şöbəsində büdcə gəlirlərinin artırılması üçün mövcud qanunvericiliyin tələbləri yerinə yetirilir, büdcə xərclərinin icrası tam təmin olunur. Rayonun maliyyə-iqtisadi göstəriciləri get-gedə yaxşılaşır. Belə ki, 2015-ci ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 77 milyon 844,5 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. Ümumi məhsul buraxılışının 45,8 faizi kənd təsərrüfatında, 26,1 faizi tikintidə, 22,4 faizi ticarətdə yaranmışdır. Sənaye məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 2 milyon 764,9 min manat, bu məhsulların qeyri-dövlət bölməsində həcmi isə 27,4 faiz artaraq 1 milyon 946,3 min manat olmuşdur.
Rayonda maliyyə intizamına ciddi riayət olunur. Büdcə vəsaitinin təyinatı üzrə və səmərəli xərclənməsinə xüsusi diqqət yetirilir. Ağsu Maliyyə İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir, yerli idarə, müəssisə və təşkilatların maliyyə intizamına riayət etmələrinə nəzarəti uğurla həyata keçirir.

Yol infrastrukturu təzələnir

Aqil Niftəliyevin rəhbərlik etdiyi Ağsu rayon 12 saylı Yol İstismar İdarəsi Ağsu şəhəri Melioratorlar qəsəbəsində yerləşməklə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nə tabedir. İdarə 305 kilometr avtomobil yollarına xidmət edir. Bu avtomobil yolunun 55 kilometri respublika əhəmiyyətli, 250 kilometri isə yerli əhəmiyyətli yollardır. İdarənin balansında 2 Asfalt-Beton zavodu vardır. Bunlardan biri saatda 25 ton asfalt istehsal edən DC-117-2 k tipli, digəri isə saatda 68 ton asfalt istehsal edən “Pedram” tipli Asfalt-Beton zavodudur. Asfalt-Beton zavodunja qırmamadaşla təmin edən saatda məhsuldarlığı 12,6 ton olan CMD-27-26 tipli daşdoğrayan və sortlaşdıran qurğu vardır.
Təkcə ekstremal hava şəraitində Ağsu aşırımlarında necə təhlükəli vəziyyətin yarandığını nəzərə alanda, 12 saylı Yİİ-nin kollektivinin üzərinə necə böyük zəhmət yükü düşdüyünü təsəvvür etmək olur. Gələcəkdə Ağsu dolaylarından keçən yolun yenidən tikilməsi planlaşdırılır. Bakı-Şamaxı-Muğanlı-Yevlax avtomobil yolunun “Ağsu dolayları” adlanan 14 kilometrlik hissəsində qış aylarında avtomobillərin hərəkəti çətinləşir. Yağış və qar suyu yolda sürüşmə zonaları vardır. Belə hallarda idarənin kollektivi yolda hərəkətə mane olan ağacları təcrid edir, yol nişanlarının bərpası və rənglənməsi, qatların bərkidilməsi işlərini görür.
Yol infrastrukturunun təzələnməsi sahəsində işlər də diqqət mərkəzindədir. 2012-ci ildən inşasına başlanan rayonun 15 kəndinin əhalisinin istifadə etdiyi, uzunluğu 25,6 kilometr olan Ağsu-Çaparlı-Göylər avtomobil yolunda əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır.

Əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilir

Ağsuda təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsi, sosial sığorta sistemində fərdi uçotun əhatə dairəsinin genişləndirilməsi və əhalinin pensiya təminatında vahid sistemin yaradılması sahəsində müəyyənləşdirilən tədbirlər uğurla yekunlaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun rayon Şöbəsinə toplanan daxilolmaların ümumi məbləğində özəl sektor və qeyri-büdcə təşkilatlarından alınan vəsaitin xüsusi çəkisi artmışdır.
Ümumiyyətlə, DSMF Ağsu rayon Şöbəsinin fəaliyyəti təqdirəlayiq hesab olunur. Avqustun 20-də şöbənin inzibati binasında DSMF sədri Elman Mehdiyev vətəndaşların qəbulunu keçirib. Qəbulda Ağsu və Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər. E.Mehdiyev fondun məsul əməkdaşlarının, eləcə də şöbə müdirlərinin iştirakı ilə keçirdiyi qəbulda ümumilikdə 40-a yaxın vətəndaşın müraciətinə baxıb. “Açıq qapı” şəraitində keçirilən görüşdə vətəndaşların müraciətləri əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və E.Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün fondun müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin qurumun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyati orqanlara müraciət edilməsi qərara alınıb.

Ağsuda tibbi xidmətin səviyyəsi arzuolunan həddədir

Ağsuda rayon əhalisinə Rayon Mərkəzi Xəstəxanası, Uşaq xəstəxanası, kənd sahə xəstəxanaları, 7 kənd üzrə həkim ambulatoriyaları, 11 feldşer-mama məntəqələri səhiyyə xidməti göstərilir. Bu tibb müəssisələrində 700 nəfərdən çox həkim, orta tibb işçisi, xadimə və texniki işçi çalışır. Əhaliyə nümunəvi tibbi xidmət göstərmək üçün xəstəxanalarda hər cür şərait yaradılmışdır.
Ötən il mərkəzi xəstəxananın korpusları əsaslı surətdə təmir olunmuş, müasir tibbi avadanlıqlarla təmin edilmişdir. Mərkəzi Xəstəxananın nəzdindəki infeksion şöbəsi və ağ ciyər xəstəlikləri dispanserində təmir işləri görülmüşdür. Mərkəzi xəstəxanada elektron tibbi xidmət şəbəkəsi yaradılmışdır. Xəstəxana müasir xidmət üsuluna keçərək, vətəndaşlar üçün elektron sağlamlıq kartı açılmışdır. Xəstələrin qeydiyyatı bölməsində qalaq-qalaq kağızlar tədricən elektron sistemlə əvəz olunur. Artıq 17 yaşa qədər əhalinin yarısı üçün bu sistem tətbiq olunmuşdur. Yaxın gələcəkdə rayonun hər bir sakininin belə bir elektron sağlamlıq kartı olacaqdır.
Əhalinin dərman təminatı da xeyli yaxşılaşmışdır. MRX-nın dispanser qeydiyyatında olan ruhi, şəkərli-diabet, talassemiyalı, onkoloji xəstələrə pulsuz dərman verilir. Bundan başqa, əhalinin imtiyazlı qrupu 141 adda müxtəlif dərman preparatları ilə təmin olunur. Keçən ildə 700-ə yaxın şəkərli-diabet xəstəsi qanda şəkəri təyin etmək üçün qlukametrlə təmin olunmuşdur. Rayon əhalisinə ambulator poliklinik xidmət əsasən Ağsu rayonunda göstərilir. Bu xidməti daha da yaxşılaşdırmaq üçün telapevtik və pediatrik sahələr yaradılmışdır. Bununla da vətəndaşların xəstəxanaya gəlişlərinin sayı xeyli artmışdır.
Daima diqqət mərkəzində saxlanılan məsələlərdən biri də həkim kadrlarının hazırlığıdır. Hər il Ağsunun səhiyyə işçiləri Bakı şəhərində təkmilləşdirmə kurslarından keçir, bilik və təcrübələrini artırırlar. Bir neçə nəfər tibb işçisi son vaxtlar xarici ölkələrin xəstəxanalarında təcrübə keçmiş, seminarlarda iştirak etmişlər. RMX-da mütəmadi olaraq daxili 3-5 həftəlik praktik seminarlar təşkil olunur ki, bunun da səmərəsi çox böyük olur.
RMX-da “Qan ver, yaşat!” aksiyası uğurla aparılır. Rayonun bütün idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri, təhsil müəssisələri bu xeyirxah aksiyada fəallıqla iştirak edir.

Suvarma təsərrüfatının fəaliyyəti günün tələbləri səviyyəsindədir

Yaz aylarında Ağsu rayonunda 7,5 min hektar sahəni suvarma suyu ilə təmin edən “Cavanşir” gölünə tutumu qədər, yəni 4 milyon kubmetr su dolduruldu ki, bu da quraqlıq keçən yay aylarında Gədəli, Rəhimağalı, Çaparlı, Daşdəmirbəyli, Qiyaslı, Ərəbuşağı, Qaraməmmədli, Navahı kəndlərinin 4 min hektar taxıl, 410 hektar çoxillik bitkilər, 210 hektar yonca, habelə 220 hektar həyətyanı sahələrini suvarma suyu ilə tam təmin etməyə imkan vermişdir. “Cavanşir” gölündən müxtəlif istiqamətlərə gedən 50 kilometrlik su kanallarının 40 kilometri ötən il, 10 kilometri isə bu ilin birinci yarısında təmizlənərək istifadəyə yararlı hala gətirilmişdir.
Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində yerlərdə suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır.Səfər müəllimin rəhbərlik etdiyi Ağsu rayon Suvarma Sistemləri İdarəsinin həyata keçirdiyi tədbirlər rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır.
SSİ su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi; mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanması; onların istismarının yaxşılaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsi; sel və daşqın sularının zərərli təsirinin qarşısının alınması; su ehtiyatlarından səmərəli istifadə edilməsi və suya qənaətedici texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini günün tələbləri səviyyəsində qurur.

Ağsuda arxeoloji turizmin inkişafı üçün böyük perspektivlər var

Bölgələrdə, o cümlədən Ağsu rayonu ərazisində tarixi abidələrin təmir-bərpası, mədəniyyət ocaqlarının fəaliyyətinin yaxşılaşdırılması, turizm sahəsinin inkişafı Mədəniyyət və Turizm Nazirliyinin daim diqqətindədir. Sentyabrın 10-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində görüş keçirən nazir Əbülfəs Qarayev həmçinin Ağsu rayonundan olan vətəndaşları da qəbul etmiş, onların müraciətlərini dinləmişdir. Vətəndaşları diqqətlə dinləyən Ə.Qarayev onların yerlərdə mədəniyyət və turizmin inkişafına xidmət edən əhəmiyyətli mövzulara diqqət ayırmalarını təqdir etmiş, qaldırılan təşəbbüslərin nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər görüləcəyini bildirmişdir.
Sentyabrın 18-də isə İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi üzrə seminarın iştirakçılarının bir qrupu layihənin 1-ci mərhələsində nəzərdə tutulmuş tədbirlər çərçivəsində Ağsu rayonunda olmuşdur. Qonaqlar Orta Əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi ilə hərtərəfli tanış olmuş, şəhərin qalıqları haqqında ətraflı məlumatı almış, günün sonunda isə seminar keçirmişlər. Qeyd edək ki, layihə Komitəyə üzv olan Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədə mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılmasını, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsini, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən orta turizm məhsullarının yaradılmasını nəzərdə tutur. Seminar iştirakçıları İslam mədəniyyətinin əhəmiyyəti, çoxtərəfli əməkdaşlığın perspektivləri və s. məsələlər barədə danışıb, müzakirələr aparıblar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər