İmişli şəhər Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər günü böyük təntənə ilə qeyd edildi

okt-06
07:40 2016
İmişli şəhər Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər günü böyük təntənə ilə qeyd edildi. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin rəhbərliyi, Təhsil Şöbəsinin aparat işçiləri, məktəb rəhbərləri, qabaqcıl və qocaman müəllimlər iştirak edirdilər.
Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev dövlət başçısının təhsilə olan diqqət və qayğısından söz açaraq rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, maddi-texniki bazasının zənginləşdirilməsinə görə ölkə başçısına öz minnətdarlığını bildirdi. 2015/2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərində təhsilini başa vurmuş 1095 buraxılış məzunlarından 1 nəfəri gümüş medala layiq görülmüş, məzunlardan 248 nəfəri yüksək nəticələr göstərərək ali təhsil müəssisələrinə qəbul olmuşlar. Rayon İcra Hakimiyyətinin başçısı 2016/2017-cı tədris ilində daha da yüksək nəticələr gözlədiyini bildirdi. O, qeyd etdi ki, 2015/2016-cı tədris ilində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ali məktəblərə daxil olmuş 102 nəfər tələbəyə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sevindirici haldır ki, bunlardan bir nəfəri İmişli rayon R.Alışov adına Xubyarlı kənd tam orta məktəbin məzunudur.
Toplantı iştirakçıları Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2016-cı il tarixli Beynəlxalq Müəllimlər günü münasibətilə verdiyi sərəncamda İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin müəllimi Əliyeva Leyli Məhərrəm qızının “Tərəqqi” medalına layiq görülməsini böyük sevinclə, alqışla qarşıladılar.
İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov çıxış edərək hər bir müəllimin, tədris etdiyi fəndən asılı olmayaraq, şagirdləri vətənə, millətə layiq bir övlad olmağa hazırlanmasından danışdı. Qeyd etdi ki, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridirlər. Bundan sonra A.Eminov adına şəhər 7 saylı tam orta məktəbin müəllimi Əliyeva Leyli, Xoşçobanlı kənd İ.Əhmədov adına tam orta məktəbin gənc müəllimi Günay Məmişova tədbirdə çıxış etdilər. Tədbirdə səslənən çıxışlarda vurğulandı ki, cəmiyyət yaxşı insanlara görə müəllimə borcludur. Gənclərin əsl vətənpərvər kimi yetişməsi məktəbin qarşısında böyük vəzifələr qoyur. Nə yaxşı ki, bu peşənin bütün məsuliyyətini çiyinlərində daşıyan gözəl, mehriban müəllimlərimiz hələ kifayət qədərdir. Belə hörmət və məhəbbətə layiq olan müəllimlərimizə eşq olsun!
Rayonun bir qrup gənc, qabaqcıl müəllimləri, N.Nərimanov adına şəhər 1 saylı humanitar təmayüllü məktəb-lisey müəllimi İbadov Nurlan Şəmsəddin oğlu, Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbin müəllimi İsayev Əlidursun Feyruz oğlu, Xoşçobanlı kənd İ.Əhmədov adına tam orta məktəbin müəllimi Məmiyeva Günay Ədalət qızı və Qaralar kənd N.Abişov adına tam orta məktəbin müəllimi Mehdiyev Ruslan Sahib oğluna rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevin sərəncamı ilə fəxri fərmanlar verildi.


İmişli şəhər Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər günü böyük təntənə ilə qeyd edildi
İmişli şəhər Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər günü böyük təntənə ilə qeyd edildi
İmişli şəhər Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər günü böyük təntənə ilə qeyd edildi
İmişli şəhər Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər günü böyük təntənə ilə qeyd edildi
İmişli şəhər Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər günü böyük təntənə ilə qeyd edildi
İmişli şəhər Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər günü böyük təntənə ilə qeyd edildi
İmişli şəhər Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər günü böyük təntənə ilə qeyd edildi

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər