Azərbaycan Ordusunun əsgəri şəhid oldu

okt-06
10:38 2016
Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Nazirlik bildirir ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər