“Kapital Bank” prezident fərmanına qarşı: fermerlərə zərbə - şok təfərrüat

okt-04
06:45 2016
“Kapital Bank” ASC seçki komissiyasının üzvlərinə və çoxillik əkmələrin becərilməsi ilə məşğul olan fermerlərə zərbə vurub

Politika.Az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Taleh Xasməmmədov bildirib.

Onun sözlərinə görə, artıq şikayətçilər arasında adıçəkilən bankdan kredit alan və kredit alana zamin durmuş şəxlər də öz narahatlıqlarını deyiblər:

“Hər ay üçün 127 manat olmaqla cəmi 254 manat məbləğdə pul "Kapital Bank" ASC tərəfindən kredit borclarına görə tutulub.
Hər kəsə məlumdur ki, müəllim vəzifəsində çalışanların əksəriyyəti Seçki Komissiyalarının üzvüdür və 90%- nin Kapital Banka borcları var.
Banka olan kredit borcları da "problemli kreditlərə" çevrilib. Kapital Bank isə ilk fürsətdə kredit alanlara və zaminlərə qarşı öz fəal addımını ataraq ən azı yarım milyon manat pulunu dirçəltmiş oldu”.

Hüquq müdafiəçisi qeyd edib ki, bundan əlavə dövlətdən kəndliyə verilən 40 manat artıq "Kapital Bank" ASC tərəfindən kredit borcları üçün tutulur:

“Buradan belə başa düşmək olar ki, Azərbaycanda kənd təsərrüfatının inkişafından da vacib olan problem kredit borclarının alınmasıdır. Prezident sərəncamına isə məhəl qoyulmur”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər