1 yaşlı körpənin gözlərini əməliyyat edən həkim niyə gizlənir? - Oksigen Klinikasından şikayət var

okt-03
17:57 2016
Borca pul alıb uşağın əməliyyat etdirdi, lakin nəticəsi olmayıb.

Bu sözlər Nahid Musayev adlı vətəndaşın Qaynarinfo.Az-a göndərdiyi şikayət məktubunda yer alıb.

Şikayətçinin sözlərinə görə, 1 yaşlı övladı Rəsul Musayevin göz kanallarıın tutulması səbəbindən Oksigen Klinik xəstəxanasında həkim Cahid Şahbazov tərəfindən əməliyyat olunub.


1 yaşlı körpənin gözlərini əməliyyat edən həkim niyə gizlənir? - Oksigen Klinikasından şikayət var

Nahid Musayev sözlərinə görə, həkim bildirib ki, əməliyyat nəticəsində 1 yaşlı Cahidin problemi həll olunacaq:"Bunun üçün Nahid Musayev əvvəl 40 manat müayinə üçün, daha sonra 250 manat əməliyyat üçün ödəniş edib. Əməliyyat bu il iyul 17-də aparılıb. Lakin əməliyyatdan sonra uşaqdakı problem aradan qalxmayıb. Həkim isə növbəti əməliyyatlara ehtiyac olduğunu dilə gətirib. Nahid Musayev bildirir ki, bir dəfəyə həll olunacaq əməliyyat vədəsi boşa çıxıb. Ödənilmiş pulun geri qaytarılmasını tələb etdikdə isə həkim “mənim həyatımdan çıxın, mane olmayın” kimi ifadələr işlədib. Bundan sonra da, nə xəstəxana, nə də həkim şikayətçi Nahid Musayevin problemi ilə maraqlanmayıb. Maddi vəziyyəti ağır olan ata 1 yaşlı körpəsinə biganə qalan həkimdən tələb edir ki, ödənişi qaytarsın".

Məsələ ilə bağlı Oksigen Klinik xəstəxanasının əlaqə nömrəsi ilə əlaqə saxladıq. Lakin bizə xəstəxananın məsul şəxslərinin nömrəsini verməkdən imtina etdilər. Həkim Cahid Şahbazovun telefonuna zəng eləsək də, assisenti Sevil xanım və Lalə xanım (soyadlarını bildirmədilər) həkimin məşğul olduğunu söylədilər. Məsələnin ciddiliyini izah etsək də, həkim Cahid Şahbazov bizə cavab vermədi. əvəzində isə assisent Sevil xanım telefonu söndürdü.


1 yaşlı körpənin gözlərini əməliyyat edən həkim niyə gizlənir? - Oksigen Klinikasından şikayət var

Həkim Cahid Şahbazov

1 yaşlı Rəsul Musayevin gözlərinə ümid vermək yerinə, bu maddi sıxıntılar arasında qalan ataya yardım etmək əvəzinə pulunu mənimsəyib qaçmaq nə qədər vicdana sıxır, özünüz qiymət verin. Məsələni diqqətdə saxlayacağıq...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər